IQNA

Kərbəla festivalında Quran bayrağı altında birliyə təkid edilib

10:11 - March 01, 2023
Xəbər sayı: 3493773
Kərbəlanın “Şəhidlik baharı” 16-cı beynəlxalq mədəniyyət festivalı fevralın 27-də Kərbəlada İmam Hüseynin (ə) hərəmində başa çatıb. Bağlanış mərasimində müsəlmanların Quran və Əhli-beyt (ə) bayrağı altında birliyinə təkid edilib.

"İQNA", İmam Hüseynin (ə) hərəminə istinadən xəbər verir ki, “İmam Hüseyn (ə) millətlərin vicdanındadır” şüarı ilə Şəban ayındakı mövludlar münasibəti ilə keçirilən festivalın bu dövrü yerli və xarici şəxsiyyətlərin Kərbəlada iştirakı ilə fevralın 24-də başlayıb və müxtəlif fəaliyyət və proqramları əhatə edib.

İmam Hüseynin (ə) hərəminin baş katibi Həsən Rəşid Əl-Əaici festivalın bağlanış mərasimində deyib: "Bu festival əməkdaşlıq mədəniyyətini yaymaq və təbii fəlakətlərdə, din pərdəsi altında terror qrupları tərəfindən qətl və sui-istifadələrdə iştirak edən xalqlara kömək etməkdən ibarətdir.

O əlavə etdi: "Biz İraqın Nəcəf Əşrəfdəki ali mərcəiyyətinin (Ayətullah Sistani) çoxlu qurbanlara və çoxlu sayda insanın yetim qalmasına və çoxlu evlərin dağılmasına səbəb olan zəlzələdə Suriya və Türkiyə xalqlarına dəstək çağırışına cavab verdik. Başda İmam Hüseynin (ə) hərəmi olmaqla dini qurumlardan olan dindarlar bu ölkələrə minlərlə ton müxtəlif əşyalar göndəriblər".

Dini azğın cərəyanlara qarşı qorumağın zəruriliyini vurğulayan Əl-Əbayici dedi: Biz azğın mədəni və intellektual cərəyanlarla mübarizə aparmalı və mədəni kimliyimizi qoruyub saxlamalıyıq. Bilməliyik ki, ən mühüm hücum xalqlara qarşı tənəzzül və vulqar mədəni hücum bədnam qloballaşma mədəniyyəti şüarı ilə edilən hücumdur.

Sonda o, tövhidin və müsəlmanların Quran və Peyğəmbərin (s) Əhli-beytinin (ə) bayrağı altında birliyinin, ifratçılığın, dini və əqli təəssübkeşliyin aradan qaldırılması, qarşılıqlı hörmətin sevgi və mərhəmət mədəniyyətinin yayılmasının zəruriliyini vurğuladı.

4125045

captcha