Qurani-Kərimin ayələri varlıq aləminin qanunlarını bəyan etmişdir. Bu qanunlar arasında "Zuxruf" surəsinin 36-cı ayəsinə müraciət edə bilərik: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar”.
Xeyir və kamilliyin mənbəyi olan Allahı görməməzlikdən gələn yaxşılıq və kamilliyin əksi olan bir yoldadır.
Şeytanın yoldaş kimi nəzərdə tutulmasından məqsəd nədir? Bəzi təfsirçilər pis dostların qəlbi daima vəsvəsə etmək üçün onu müşayiət edən şeytanlar olduğunu demişlər.
İmam Əli ibn Əbi Talibdən (ə) şeytan haqqında belə nəql olmuşdur ki, buyurur:
«اتَّخَذُوا الشَّيْطَانَ لِأَمْرِهِمْ مِلَاكاً وَ اتَّخَذَهُمْ لَهُ أَشْرَاكاً، فَبَاضَ وَ فَرَّخَ فِي صُدُورِهِمْ وَ دَبَّ وَ دَرَجَ فِي حُجُورِهِمْ، فَنَظَرَ بِأَعْيُنِهِمْ وَ نَطَقَ بِأَلْسِنَتِهِمْ:
"Şeytanı özlərinə dayaq tutdular, o da onlardan tələlər düzəltdi, sinələrində yer tutdu və onlarla böyüdü. Deməli, şeytanın onların gözləri ilə baxdı və onların dili ilə danışdı”. (Nəhcül-bəlağə; xütbə 7)
Əllamə Məhəmməd Təqi Cəfəri bu mətləbin izahında yazır: "Dünən elə insanlar var idi ki, bu gün şeytan olmuşlar. Dünən insani xüsusiyyətlərə malik insanlar var idi; Onlar kamala çatmaq üçün yeriyir, başqalarının əllərindən tuturdular, lakin zaman keçdikcə o xüsusiyyətlərini itirərək insanların kamala çatmalarına mane olur və azıblar. İndi onlar ünsiyyət qurduqları hər bir şəxs və qrupla azdırırlar. Ona görə də onlar insanlar idilər ki, bu gün şeytana çevriliblər. İnsanın məqsəd və düşüncələrində şeytan yönü olanda insan sifətinə sahib olan şeytan olur.
4120307