IQNA

İordaniyalı qadınlar üçün 17-ci beynəlxalq Quran müsabiqəsi başlayıb

19:17 - March 05, 2023
Xəbər sayı: 3493800
İordaniyada keçirilən 17-ci Beynəlxalq Qurani-Kərim Qadınlar Müsabiqəsi martın 4-də başlayıb.

"İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, Martın 4-ü bu şənbə günü axşamdan etibarən 50 ölkədən nümayəndənin iştirakı ilə qadınlar bölməsində İordaniyanın 17-ci Beynəlxalq Quran Yarışması başlayıb. Bu müsabiqədə İranı təmsil edən Röya Fəzaili iştirak edəcək.

Bu müsabiqə yalnız Quranı bütövlikdə əzbərləmək sahəsində keçirilir və onun qaydaları aşağıdakılardır:

Bütün iştirakçılar Quranı əzbərləmək səviyyəsini müəyyən etmək üçün ilkin testdən keçir və 100-dən 85-dən az olmamalı olan bu testin nəticəsi əsasında onların finalda iştirak edib-etməyəcəyinə qərar verilir.

İştirakçıların adları hər gün hazırlanan qrafikə uyğun elan edilir və hər kəs bunu nəzərə almalı və yarış zamanı iştirak etməlidir.

4125885

captcha