Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb.
Dövlət Komitəsinin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.