IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 29

Tağutla mübarizə; Dini hökumətin əsas sütunu

23:56 - March 15, 2023
Xəbər sayı: 3493862
Dini hökumətin əsas sütunu tağutla mübarizədir. Tağut şər və günahda həddi aşan kimsəyə deyilir. Taqutu azğınlığın başçıları da adlandırırlar.

 Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin iyirmi doqquzuncusu keçirilib. O, burada “Cəmiyyətin birliyinin yüksəldilməsində Peyğəmbərin rolu” barədə danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Tövbə surəsinin 71-ci ayəsində Allaha və Rəsuluna itaət mövzusundan bəhs edilir. Həmçinin əsas Allah və Rəsuluna itaət üzərində qurulur:

‌«وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ إِنَّ اللَّهَ»

"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!"

Allah “Tövbə” surəsinin 94 və 97-ci ayələrində hədd və çərçivələri Peyğəmbərə (s) nazil etmiş və onların əsasının isə Allah Rəsulunun olduğunu bildirmişdir.  Bu ayə Allah Rəsulundan daha çox müsəlman olanlarla bağlıdır. 107-ci ayədə bu davranışın nümunəsi göstərilir ki, bəzi insanlar məscid tikməklə Allah Rəsulu (s) ilə döyüşürlər. Əsasən məscid tikdirirlər ki, onunla təfriqə salsınlar. Məscid təfriqə yaradırsa, Allah və Rəsulla müharibə istiqamətindədir. Peyğəmbər belə məsciddə namaz qılmamalıdır. Bu, cəmiyyətin rəhbərliyinin vəzifələrindən biridir.

Tağutla mübarizə; Dini hökumətin əsas sütunu

Dinin ümumi hökmü birliyi qorumaqdır, çünki o, ümməti qoruyur. Əsasən sosial məsələlər müxtəlif olduqlarına görə mürəkkəbdir. İslam dünyada bir cərəyan təşkil edir ki, onun ən mühüm mehvəri tağutlarla mübarizədir. Yəni tağutla mübarizənin sütununu onuun əlindən alsanız, o, artıq din deyil. Dini hökumətin əsas sütunu tağutla mübarizədir. Dini hökumət öz dövrünün tağutlarına qarşı mübarizə aparmaq istəmirsə, heç də dini hökumət deyil. 113-cü ayədə buyurulur ki, Allah Rəsulunun və möminlərin müşriklər üçün bağışlanma diləməsi caiz deyil. Bu, onların hidayətinin onlar üçün mühüm olmadığı anlamına gəlmir, bu o deməkdir ki, ailə münasibətləri onlara qələbə çalmasın.

Tağut şər və günahda həddi aşan kimsəyə deyilir. Tağutdan kahin, şeytan və azmış rəhbərlər üçün də istifadə olunur. Həmçinin Allahdan başqa bütün məbudlara Tağut deyilir və üsyanın şiddətinə görə şeytan da bu adla çağırılır.

128-ci ayə əvvəlki ayələrin xülasəsidir ki, İslam cəmiyyətinin vəhdətində rəhbərlik məqamını izah edən ən mühüm ayədir:

 

«لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ»

"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!" Rəsul insanlardandır və insanlardan heç bir üstünlüyü yoxdur. Amma ona vəhy nazil olduğu üçün ona itaət etməlisiniz.

 Peyğəmbərin dərdləri başqalarından çox, onların dərdini çəkir. Bir tikan onların ayağına batır və bu, Peyğəmbərə baha başa gəlir. O, insanların iman gətirməsi üçün hərisdir. Sizi hidayət etməyincə sizdən əl çəkməz. Onun mehribanlığı və mərhəməti möminlərə çox şiddətlidir. Bu, rəhbərliyin cəmiyyətdəki rolundan bəhs edən ayədir. O, mərhəmətli ata kimidir ki, insanların dərdi onun dərdidir və daha da çox. Quranın heç bir yerində yoxdur ki, Peyğəmbər “sözümü dedim, artıq mənə nə?” desin. Əksinə, Allah peyğəmbərə deyir ki, “sözünü dedin, boş ver”. Cəmiyyətdə nə baş verirsə, başqalarının hidayətinə, imanına həris olmalıyıq.

4106254

captcha