IQNA

Liviya Vəqf Təşkilatının hazırladığı Quran üçün təqdimat mərasimi keçirilib

10:36 - March 20, 2023
Xəbər sayı: 3493889
Liviyanın müvəqqəti milli birlik hökuməti bu ölkənin vəqf təşkilatı tərəfindən hazırlanan Quranın ilk nüsxəsinin təqdimat mərasimi keçirilib.

"İQNA", "Əl-Vəsət"-ə istinadən xəbər verir ki, bu Quranın təqdimat mərasimi martın 18-də Tripolinin “Qabətun-Nəsr” salonlarında keçirilib. Bu mərasimdə yerli, siyasi və ictimai rəsmilər, ölkələrin səfirləri və Quran hafiziləri iştirak ediblər.

Liviya Milli Birlik Hökumətinin Baş Naziri Əbdülhəmid əl-Dəbiba bu mərasimdə çıxışı zamanı Quran hafizlərinə dəstəyini açıqlayarkən belə deyib: "Qurani-Kərimin ekspertlər komitəsi Liviya Vəqf Təşkilatının Quranını yazmaq üçün çox səy göstərdi. Həmçinin bu komitənin səyləri ilə biz bu gün bu Quranın təqdimat mərasiminin keçirilməsinə şahid olduq.

Liviyanın vəqf idarəsinin rəhbəri Məhəmməd əl-Əbani də bu Quranı çap etmək üçün alimlərin və mütəxəssislərin səylərinə diqqət çəkib. Milli birlik hökuməti bu layihənin maddi və mənəvi dəstəkçisi olub. Habelə hökumətin dəstəyi ilə bu Quran yazılıb çap edilib və bu gün təqdim olunub.

Bu mərasimin sonunda Milli Quran Komitəsinin və Liviya Vəqf Təşkilatının Quran Komitəsinin üzvləri təqdir olunub.

4129105

captcha