IQNA

Səudiyyə Ərəbistanında dünyanın ən böyük Quran və Azan yarışlarının televiziya yayımına başlanılıb

23:43 - March 25, 2023
Xəbər sayı: 3493911
Dünyada ən böyük beynəlxalq Quran tilavəti və azan müsabiqəsi olan Ətrul-Kəlam müsabiqəsinin ikinci turunun yayımı Səudiyyə Ərəbistanında Ramazan ayının ilk günü ilə eyni vaxtda başlayıb.

"İQNA", "ANI"-ya istinadən xəbər verir ki, bu müsabiqədə qiraət və azan vermək üzrə istedadlı şəxslər kəşf oluncaq.

bu müsabiqə qaliblərə 3,3 milyon dollar məbləğində mükafatlar təqdim edəcəyini bildirib ki, bu da beynəlxalq Quran yarışları tarixində ən böyük mükafatdır. Bu müsabiqə Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin təşəbbüslərindən biridir.

Bu mükafat Quran və Azanda ən yaxşı iyirmi nəfər arasında bölünəcək.

Qurani-Kərimin tərtil qiraətində birinci yeri tutan şəxs 800 min dollar, azanda birinci olan şəxs isə 534 min dollar alacaq.

Bu müsabiqə 165 ölkədən 50 000 təmsilçinin iştirakı ilə onlayn surətdə başladı. Təşkilatçıların sözlərinə görə, bu müsabiqənin keçirilməsində məqsəd qari və müəzzinlərin istedadlarını nümayiş etdirməkdir.

Bu müsabiqədə iştirak edənlər ABŞ, Fransa, Almaniya, İspaniya, BƏƏ, Banqladeş, Misir, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Suriya, Mavritaniya, Nigeriya, İran, Türkiyə, İndoneziya, Əfqanıstan, Yəmən, Livan, Liviya, Efiopiya və Pakistandandırlar.

Onlar MBC və Şəhid Rəqəmsal Platformada müqəddəs Ramazan ayında hər gün yayımlanacaq bu proqramın ikinci hissəsində yarışmağa davam edəcəklər.

4129739

captcha