IQNA

Ramazan ayının dördüncü gününün duası

5:36 - March 28, 2023
Xəbər sayı: 3493923
Allahı zikr etməyin şirinliyini dadmaq bir vəziyyətdə təmin edilir ki, Ramazan ayının dördüncü gününün duasının bir hissəsini nəzərə alsaq, bu haqda düşünmək olar.

Mübarək Ramazan ayının dördüncü gününün duasında oxuyuruq:

«اللهمّ قوّنی فیهِ على إقامَةِ أمْرِکَ واذِقْنی فیهِ حَلاوَةَ ذِکْرِکَ وأوْزِعْنی فیهِ لأداءِ شُکْرَکَ بِکَرَمِکَ واحْفَظنی فیهِ بِحِفظْکَ وسِتْرِکَ یـا أبْصَرَ النّاظرین»

 "İlahi, məni o gün əmrlərini yerinə yetirmək üçün qüvvətləndir, mənə bu ayda Öz zikrinin şirinliyini dadızdır, o gündə məni Sənə şükür etmək üçün hazırla, məni bu gündə Öz mühafizənlə qoru. Ey görənlərin ən bəsirətlisi".

Birinci mesaj: ibadət etmək imkanı istəmək

İbadət gücü qolun gücündən fərqlidir. Bu iki qüdrət bir-birindən fərqlidir, insan çox yaşlı ola bilər; Lakin onun ibadət gücü cavanlardan daha böyük ola bilər. Dua etməliyik ki, Allah bizə Ramazan ayında ibadət etməyi nəsib etsin. Allahın lütfüdür ki, kim Onun yolunu seçsə, Allah da onu bəyənər. O, insana ibadət və dua müvəffəqiyyətini verir ki, Onu çağırsın və əmrlərinə tabe olsun.

İkinci mesaj: Allahı yad etməyin şirinliyini dadmaq

Niyə biz dualardan həzz almırıq? Həzrət Peyğəmbərdən (s) bir rəvayət var ki, buyurur:

«قَالَ اللَّهُ سُبْحَانَهُ إِذَا عَلِمْتُ أَنَّ الْغَالِبَ عَلَى عَبْدِیَ الِاشْتِغَالَ بِی نَقَلْتُ شَهْوَتَهُ فِی مَسْأَلَتِی وَ مُنَاجَاتِی»

Allah buyurur: "Görsəm ki, bəndəm vaxtının çoxunu mənə sərf edir və mənim haqqımda fikirləşir, yəni nə etməli olduğunu və ya nədən çəkinməli olduğunu düşünür. (Baxmayaraq ki, bəzi zaman və saatlarda qeyri-münasib davranışlar edə bilər), Mən onun meylini özümlə söhbətə və dua etməyə meylləndirirəm".

«....إِنَّ أَدْنَی مَا أَنَا صَانِعٌ بِهِمْ أَنْ أَنْزِعَ حَلَاوَةَ مُنَاجَاتِی عَنْ قُلُوبِهِمْ»

"Əgər alim öz elminə əməl etməzsə, Allahın onun üçün nəzərdə tutduğu ən kiçik cəza Allaha dua etməyin şirinliyinin ondan almasıdır".

Üçüncü mesaj: Allaha şükür etmək

“Şükür”ün dəqiq mənası var: Qədirdanlıq, qədirşünaaslıq və haqşünaslıq. Əgər insan şükr edən olmaq istəyirsə, Allahın nemətlərinin qədrini bilməlidir. Yəni hər bir nemətin məqsəd və məramını bilməli və ona uyğun istifadə etməlidir. Allahın şükürünü yerinə yetirməyi Allahdan istəmək lazımdır, çünki hər şey Ondandır. Çünki Süleyman Peyğəmbər (ə) Allahdan belə istəmişdi:

«رَبِّ أَوْزِعْنِی أَنْ أَشْکُرَ نِعْمَتَکَ الَّتِی أَنْعَمْتَ عَلَی»

 "İlahi mənə verdiyin nemətlərə görə Sənə şükür etməyi mənə nəsib et".

Dördüncü mesaj: Allahın gizlətməsi

Görən Allah həm də “nöqsanları gizlədəndir”. Həzrət Əli (ə) buyurdu: "Əgər bir-birinizin günahından xəbəriniz olsaydı, heç kim başqasının cənazəsini basdırmazdı"! Uca Allah Öz gizlətməsi ilə günahlarımızı örtür. Amma biz təvazökar olmalı, özümüzü idarə etməli və Allahın bəsirətinə görə günah etməməliyik.

Günahı cilovlayan yollar

Avtomobilin qayalara və təhlükələrə düşməməsi üçün əyləclər lazım olduğu kimi, insanın instinkt və istəklərini də idarə etmək lazımdır ki, bu da aşağıdakılardan ibarətdir: 1. Müxtəlif mövzularda fikirləşmək 2. Allaha, qiyamətə və haqq-hesab gününə iman 3. Özünü tanımaq və şəxsiyyətinə diqqət yetirmək 4. Allaha şükür etməyə diqqət etmək 5. Əməllərimizin məsum rəhbərlərə təqdim olunmasına diqqət edilməsi 6.Ölümü yaxın görmək 7. Günahın nəticələrindən qorxmaq 8. Günahı tərk etməkdə ibadətin roluna diqqət yetirmək.

* Höccətül-İslam Ruhullah Bidraminin ayın dördüncü günü duasının təfsirində yazdığı "Orucların pıçıltısı" kitabından götürülmüşdür.

3964991

captcha