IQNA

Misirli siyasətçi Qurani-Kərimin tez-tez təhqir olunmasını tənqid edib

5:51 - March 29, 2023
Xəbər sayı: 3493927
Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasını tənqid edən misirli siyasətçi bu hərəkətin məqsədyönlü olduğunu və iki milyard müsəlmanın hisslərini təhrik etmək məqsədi daşıdığını vurğulayıb.

"İQNA", "Akaz" saytına istinadən xəbər verir ki, Hizb Əl-Cilin rəhbəri və Misir siyasi partiyalarının milli koalisiyasının koordinatoru Naci Əl-Şehab Danimarkada Qurani-Kərimin təhqir olunmasını pisləyib. Həmçinin o, ərəb və İslam xalqlarını Danimarka mal və məhsullarını boykot etməyə çağırıb.

O, Ukrayna məhsullarına embarqo qoyulmasının əhəmiyyəti ilə bağlı deyib: "Bu, Qərbin anladığı güclü silahdır və Allahın kitabının müqəddəsliyini pozmağa və Quranı dəfələrlə yandırmağa cürət etmiş bir ölkənin iqtisadiyyatına zərbə vuracaq".

Əl-Şehab əlavə edib: "Qərbin Quranı yandırması düşünülmüş bir məsələdir ki, bu da onların müsəlmanların hisslərini təhrik etmək üçün açıq və düşməncəsinə istəklərini bizə sübut edir. Danimarka hökuməti fikir və söz azadlığı ilə bağlı yalan şüarlarla dinləri təhqir edir və Quranı yandırmağa çalışır. Amma ifadə və fikir azadlığı pərdəsi altında belə işlərə haqq qazandırmaq olmaz".

O, bildirib ki, bu cür təxribatçı hərəkətlərin təkrarlanması nifrətə səbəb olur, zorakılığa sövq edir və cəmiyyətlərin təhlükəsizliyini və sabitliyini təhdid edir.

4130112

captcha