IQNA

Ramazan ayının səkkizinci günü duasında yetimlərə yaxşılıq

9:46 - March 31, 2023
Xəbər sayı: 3493935
Yetimlər Quranda adı çəkilən və onlar haqqında çoxlu əmr edilən insanlardandır. Deməli, qəribə deyil ki, Allahın xüsusi ayının vacib dualarından biri də yetimlərə yaxşılıq etməyi bizə nəsib etməsini Allahdan istəməkdir.

Ramazan ayının səkkizinci günündə Allahdan diləyirik:

«اللهمَّ ارزُقنی فیهِ رَحمَةَ الایتامِ، وَ اِطعامَ الطَعامِ، و اِفشاءَ السَّلامِ، وَ صُحبَةَ الکِرامِ، بِطَولِکَ یا مَلجَاَ الامِلین»

 Allahım! Bu gündə bizə yetimlərə mərhəmətli olmağı, yemək yedizdirməyi, salamı yaymağı, kəramətli insanlarla yoldaşlıq etməyi nəsib et. Ey arzu edənlərin pənahı!"

Birinci mesaj: yetimlərə xeyirxahlıq

Yetim sözü və ondan alınmış kəlmələr Quran ayələrində 23 dəfə gəlib. İslam Peyğəmbəri (s) yetimlərə qulluq etməyin vacibliyi haqqında buyurmuşdur: Evlərinizin ən xeyirlisi yetimin əziz tutulduğu evdir. Mövcud İslam ayə və rəvayətlərində yetimlərlə bağlı üç mühüm və əsas məsələ vardır ki, bunlardır: 1- Yetimdən himayə etmək, 2- Yetimlə rəftarın yolları, 3- Yetimin malını qorumaq.

İkinci mesaj: yemək vermək

İnsanlara xidmət və yemək vermək mədəniyyəti cəmiyyətimizdə özünəməxsus adət-ənənələri olan gözəl İslam ənənələrindəndir. Həzrət Peyğəmbər (s) buyurur: Beş şey vardır ki, kimsə onlardan birini yerinə yetirsə, Cənnətə daxil olar: 1- Susuz olanı sirab etmək. 2-Ac insanı doyuzdurmaq. 3- libası olmayan adamı geyindirmək. 4- piyada olanı miniyə mindirmək. 5-Allah yolunda çətinlik içində olan bəndəsini azad etmək.

Üçüncü mesaj: Aşkara salam vermək

Aşkar salamlaşma ucadan salam vermək deyil, insanın qarşısına çıxan hər kəsə salam verməsi deməkdir. Həzrət İmam Sadiq (ə) bir rəvayətdə buyurur: Salamın aşkar olması budur ki, insan rastlaşdığı hər müsəlmana salam verməkdə xəsislik etməməlidir. Allahın Rəsulu (s) buyurur: “Bəndə üç xüsusiyyətə malik olmadıqca imanı kamil olmamalıdır: 1- Yoxsulluğa baxmayaraq Allah yolunda infaq etmək 2- Özünə qarşı insaflı olmaq 3- Hər kəsə salam vermək.

Dördüncü mesaj: Kərim insanlarla yoldaşlıq etmək

Dünya və axirət səadəti imanlı, gözəl əxlaqlı, sədaqətli, təqvalı, namuslu, xeyirxah insanlarla birlikdə olmaqdan asılıdır. Yaxşı olmayan dostlar insanlara həm dünyada, həm də axirətdə problem yaradır. Əziz İslam Peyğəmbəri (s) buyurur: “Ən yaxşı əməl yaxşılarla yoldaşlıq etmək, ən pis əməl isə pislərlə yoldaş olmaqdır”. Həzrət Əli (ə) buyurur: "Ağılın meyvəsi yaxşı insanlarla ünsiyyətdir". Başqa yerdə buyurur: "Şər əhli ilə yoldaşlıq, yaxşılıq əhlinə pis güman etməyə səbəb olur.

* Höccətül İslam Ruhullah Bidramın yazdığı "Oruc tutanların Pıçıltıları" kitabından götürülmüşdür.

3966146

captcha