İlahi rəhmət ayının 14-cü gününün duasında Allahdan diləyirik:
اللهمّ لاتؤاخِذْنی فیهِ بالعَثراتِ واقِلْنی فیهِ من الخَطایا والهَفَواتِ ولاتَجْعَلْنی فیه غَرَضاً للبلایا والآفاتِ بِعِزّتِکَ یا عزّ المسْلمین؛
“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”
Səhvlərin bağışlanması üçün dua
Bəzən insan Allaha itaət yolunda olur və günah etmək niyyətində deyil və düz yoldadır. Ancaq bəzən sürüşür. Bu səbəbdən Allahdan diləyirik ki, həyatımızda etdiyimiz səhvlərə görə bizi cəzalandırmasın.
Qurani-Kərimdə oxuyuruq: «رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِینَا أَوْ أَخْطَأْنَا؛
"İlahi! Bizi unutqanlıq və ya xəta üzündən etdiklərimizə görə danlama”. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 183-cü xütbəsinin bir hissəsində buyurur:
«وَاعْلَمُوا أَنَّهُ لَیْسَ لِهذَا الْجِلْدِ الرَّقِیقِ صَبْرٌعَلَى النَّار،فَارْحَمُوا نُفُوسَکُمْ؛
"Bilin ki, bu nazik bədən dərisi (insan) cəhənnəm oduna tab gətirə bilməz, özünüzə rəhm edin!"
Səhvləri görməzdən gəlmək
Əmirəl-möminin Əli (ə) həmçinin Kümeyl duasında buyurur:
اَقِلْنی عَثْرَتی وَاغْفِرْ زَلَّتی فَاِنَّکَ قَضَیْتَ عَلی عِبادِکَ بِعِبادَتِکَ وَ اَمَرْتَهُمْ بِدُعآئِکَ وَ ضَمِنْتَ لَهُمُ الْاِجابَةَ؛
"İlahi! mənim səhvlərimi görməzdən gəl. Günahımı bağışla, çünki sən özün bəndələrinə əmr etdin, onları Sənə dua etməyi əmr etdin və dualarının qəbuluna zəmanət verdin".
Dünyanın fəlakət və müsibətləri yolunda qərar tutmamaq
Qurani-Kərimin nəzərindən müsibətlərin fəlsəfəsi: 1- İnsanlarda dua, təvazökarlıq halının yaradılması 2- Bəndələri sınamaq və imtahana çəkmək 3- Müsibətlər insanın günahlarının nəticəsidir 4- İnsanın rütbəsinin yüksəlməsi 5_ Bəla və qəflət yuxusundan oyanmaq
İzzət Allahdandır
Əziz yenilməz qüdrət deməkdir və Allah yenilməz olduğu üçün izzət ona məxsusdur. Allahdan istəyirik ki, Öz izzətinə xatir büdrəmələrimizə görə bizdən hesab sormasın və üzrümüzü qəbul etsin. Həmçinin Sənin izzət və böyüklüyünə xatir istəyirik ki, bu dünyada afət və bəlalara hədəf olmayaq.
Bir hədisdə Peyğəmbər (s) buyurur:
اِنَّ رَبَّکُمْ یَقُولُ کُلِّ یَوْمٍ اَنَا الْعَزِیزُ فَمَنْ اَرَادَ عِزَّ الدَّارَیْنِ فَلْیُطِعِ الْعَزِیزَ؛
Sizin Rəbbiniz hər gün deyir: Əziz mənəm! Ona görə də hər kim iki dünyanın izzətini istəyirsə, gərək izzət sahibi olan Allaha itaət etsin. İmam Həsən Müctəba (ə) haqqında oxuyuruq: Ömrünün son saatlarında Cübadə ibn Əbi Süfyan adlı səhabələrindən biri ondan möizə etməsini istədikdə o həzrət buyurdu:
وَ اِذَا اَرَدّتَ عِزّاً بِلَا عَشِیرَةٍ وَ هَیْبَةً بِلَا سُلْطَانٍ فَاخْرُجْ مِنْ ظِلِّ مَعْصِیةِ اللهِ اِلَی عِزِّ طَاعَةِ اللهِ؛
Əgər qəbiləsiz əziz olmaq və hakimiyyət qüdrətinə malik olmadan heybətli olmaq istəyirsinizsə, Allaha itaətsizlik zillətinin kölgəsindən çıxın və Onun izzət və itaətinin pənahı altında olun.
* Höccətül İslam Ruhullah Bidramın yazdığı "Orucların Pıçıltıları" kitabından götürülmüşdür
3967402