Məhəmməd Rəfət 1882-ci ildə Misirin Qahirə şəhərində anadan olub. O, Quran əhli olan bir evdə böyüyüb, ona görə də əvvəldən Quranla tanış olub. Məhəmməd Rəfət hələ iki yaşına çatmamış xüsusi xəstəliyə tutuldu və bu, görmə qabiliyyətini itirməsinə səbəb oldu. Lakin o, məktəbə getmiş, Quran oxumağı öyrənmiş və Quran tilavətində yüksək məqama çatmışdır.
1934-cü ildə Misirdə ilk naqil və ya kabel radiosu quruldu. bir çox məmur milli şöhrətə malik olan Məhəmməd Rəfəti radioda oxumağa dəvət etdilər. Məhəmməd Rəfətin radioda Quran tilavəti Misirdə radionun açılışı ilə eyni vaxta düşüb. Məhəmməd Rəfətin 1934-cü il dekabrın 29-da Mübarək "Fəth" surəsini oxuması çox məşhurlaşdı və xatirələrdə qaldı.
Rəfətin səsi radioda yayımlandı və onun səsi bütün Misir xalqına, hətta bu ölkədən kənarda da eşidildi. Rəfətin qiraəti emosional və çox həssas olduğundan, müxtəlif qrup insanlar arasında tez bir zamanda diqqəti cəlb edə bilmiş, hətta qlobal statusa malik olmuşdur.
İkinci Dünya Müharibəsi illərində bir sıra Avropa radiostansiyaları ərəb ölkələrindən daha çox auditoriya cəlb etmək üçün onun qiraətlərini yayımlamış və bu maraqlı hadisələrə səbəb olmuşdur. Bunlardan biri Qərbi Saharada ingilis qüvvələri ilə birlikdə olan kanadalı pilotun Misir proqramlarını yayımlayan İngilis radiosundan Rəfətin səsini eşitməsidir. Rəfətin səsi onu o qədər təsirləndirdi ki, tez dostlarından ona Quran vermələrini istədi.
Daha sonra Məhəmməd Rəfəti tapmaq üçün Qahirəyə gedənə və onun hüzurunda İslamı qəbul etdiyini bildirənə qədər İslam və müsəlmanlar haqqında çox şey öyrəndi. Həmçinin ondan özünə uyğun İslami ad seçməsini xahiş etdi.
Məhəmməd Rəfətin qiraətlərinin çoxlu mənəvi təsirləri olub, lakin onun qiraətləri canlı yayımlandığı üçün qeydə alınmayıb. Halbuki insanlar onun səsini öz evlərində qeydə alırdılar. Bu səbəbdən Məhəmməd Rəfətin daha az qiraəti qalıb.
1934-cü ildə Məhəmməd Rəfət radioda canlı verilişlə çıxış edərkən qəfildən səsi tutulmasından əziyyət çəkir. Tibbi müayinələr zamanı onun laringit olduğu məlum olub. Bu problem onun səsinin kəsilməsinə və Quran oxumağa davam edə bilməməsinə səbəb olur və nəhayət, 1950-ci il mayın 9-u, bazar ertəsi səhəri, doğulduğu gün dünyasını dəyişir.
3486414