"İQNA"-nın verdiyi xəbərə görə, mübarək Ramazan ayının 25-ci günü gəlib çatıb. Günlərlə oruc tutduqdan sonra, indi Allahdan dilədiyimiz şey dünyanın maddi şeylərindən və hətta xalisliyin ilk addımlarından daha üstün olmalıdır. Bu gün Allahdan dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək, yəni haqq cəbhəsində olmaq istəməliyik.
Ramazan ayının iyirmi beşinci gününün duasında Allahdan diləyirik:
اللهمّ اجْعَلْنی فیهِ محبّاً لأوْلیائِکَ ومُعادیاً لأعْدائِکَ مُسْتَنّاً بِسُنّةِ خاتَمِ انْبیائِکَ یا عاصِمَ قُلوبِ النّبییّن
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"
Allahın dostları ilə dostluq və Allahın düşmənləri ilə düşmənçilik
Allahın dostları ilə dostluq və Allahın düşmənləri ilə düşmənçilik şiə məzhəbinin və müqəddəs İslam şəriətinin əsas təməllərindəndir. Rəvayət edilir ki, bir gün Peyğəmbər (s) səhabələrinə buyurdu: Bilirsinizmi, iman dəstəklərindən hansı daha güclüdür? Hər kəs bir cavab verdi. Peyğəmbər (s) buyurdu:
اَلْحُبُّ فِی اللهِ وَ الْبُغْضُ فِی اللهِ وَ تَوَالِی اَوْلِیاءَ اللهَ و التَّبَرِی مِنْ اَعدَاءِ اللهِ ؛
"İmanın ən möhkəm dəstəki Allah yolunda dostluq və düşmənçilik, Allahın övliyaları ilə dostluq və Allah düşmənlərinə nifrətdir".
İnsanların bir-biri ilə dostluğu və düşmənçiliyinin bir çox dəlili var. Əgər başqalarının dostluğu axirət savabına və mənəvi mükafata görədirsə, bu dostluq Allah üçün dostluq sayılır. Allah yolunda düşmənçilik Allah düşməni olan və Onun ibadət və itaətindən uzaq olan fərdlərlə düşmənçilikdir. Amma şəxsi kin və dünyəvi məqsədlərə söykənən bir düşmənçilik Allah rizası üçün düşmənçilik sayılmır.
İmamlar (ə) ilahi övliyaların ən gözəl nümunələridir, bu gündə biz Uca Allahdan istəyirik ki, bizi onların həqiqi aşiqlərindən qərar versin. Həmçinin onlara kin və nifrət bəsləyənlərlə düşmən olmağı nəsib etsin. Yuxarıdakı bəndin izahı ilə bağlı onlara qarşı sevgi və nifrətlə bağlı rəvayətlər aşağıda qeyd edilmişdir.
Həzrət Peyğəmbərin (s) sünnəsinə tabe olmaq
Quran və Sünnə bütün müsəlmanlar arasında qəbul edilən iki mənbədir. Sünnə sözdə üsul mənasındadır. Onun Allaha nisbət verilməsində cəmiyyətlərə hakim olan ümüumi qanunu çatdırır. Duanın bu ibarəsində oxuyuruq: مُسْتَنّاً بِسُنَّةِ خَاتَمِ أَنْبِیائِکَ "İlahi, məni sonuncu peyğəmbərinin aydın yolunun davamçısı et".
* Höccətül-İslam Ruhullah Bedramın yazdığı "Oruc tutanların Pıçıltıları" kitabından götürülmüşdür.
3969980