Ətraf mühitə zərər tarix boyu həmişə mövcud olsa da, ətraf mühitin məhv edilməsi yeni problemdir. Elm insanın təbiət və ətraf mühit üçün gücünü artırdığı kimi, elmi inkişaf da insanın ətraf mühiti məhv etmək gücünü artırdı. Uca Allah Qurani-Kərimdə yer üzündə fitnə-fəsaddan uzaq durulmasını istəmişdir. Bioloji tarazlığın müəyyən etdiyi hədlər daxilində saxlanmasını nəzərə almışdır.
“Maidə” surəsinin 87-ci ayəsində oxuyuruq: “Allahın hədlərini və əmrlərini aşmayın, çünki Allah həddi aşanları sevməz”. Həmçinin “Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: "Onlar ki, yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır".
İnsan üçün yer üzündə bəxş edilmiş nemətlərdən, fəsad törətməmək şərti ilə, istifadə halal və icazəli sayılmışdır; “Bəqərə” surəsinin 60-cı ayəsində oxuduğumuz kimi: “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!”. Odur ki, ilahi nemətlərdən istifadədə səhlənkarlıq və ehtiyatsızlıq yer üzündə ziyan və fəsad törədə bilər.
“Bəqərə” surəsinin 205-ci ayəsində təbiətə zərər və insanlara zərər bir arada qərar verilmişdir ki, bu da ikisi arasındakı əlaqəni göstərir. Necə ki, Uca Allah buyurur: "(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!".
Bu səbəbdən Allah tərəfindən insanlara nemətlərindən istifadə etmək üçün bəxş edilmiş mühitin etinasızlıq və sui-istifadə səbəbiylə əzab və bədbəxtliyə çevrilməməsinə diqqət yetirilməlidir.
4128059