IQNA

Namaz haqqında maraqlı məqamlar / 1

Namaz müxtəlif dinlərdə

9:47 - May 25, 2023
Xəbər sayı: 3494226
İslamdan əvvəlki dinlərdə də münacat və ibadət ayinləri olmuşdur ki, onlardan bəziləri Quranda qeyd edilmişdir.

Həzrət Məhəmməddən (s) əvvəl İsa peyğəmbərin (ə) dinində də namazdan bəhs edilib. Quran onun dilindən belə nəql edir ki, Allah mənə namaz qılmağı əmr etdi: «واوصانى بالصلوة» (Məryəm, 31).

Ondan əvvəl Musa var idi ki, Allah ona xitab etdi: «اقم الصلوة لذكرى» "Məni zikr etmək üçün namazı bərpa et" (Taha, 24). Musadan (ə) əvvəl də qaynatası həzrət Şüeyb(ə) olub ki, onun da namazı olub.  «یا شعیب اصلاتك تأمرك» "Sənin namazın sənə əmr edir?" (Hud, 87). Onların hamısından əvvəl Allahdan özü və övladı üçün namaz qıa bilmək üçün tofiq tapmasını istəyən İbrahim (ə) var idi: «ربّ اجعلنى مقیم الصلوة و من ذریّتى» "Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)" (İbrahim, 40).

  Habelə o, Loğmandır ki, oğluna deyir:

«یا بنىّ اقم الصلوة و أمربالمعروف و انه عن المنكر»

Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pislikdən çəkindir!” (Loğman, 17).

  Maraqlıdır ki, Quran adətən namazdan əlavə zəkat verməyi də əmr edir. Lakin yeniyetmələrin adətən pulu olmadığı üçün bu ayədə zəkat əvəzinə xeyirli işlərə əmr etmək və pislikdən çəkindirmək əmr olunub .

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha