IQNA

Əl-Əzhərin Şeyxi Quranı əzbərləyən əlil tələbəni təqdir edib

11:58 - June 09, 2023
Xəbər sayı: 3494298
Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib bütün Quran hafizi, Daun sindromundan və görmə qabiliyyətindən əziyyət çəkməsinə baxmayaraq Quranı əzbərləməyi bacaran Nada Əbdül-Rəhmanı təqdir edib.

"İQNA", "Əl-Misravi"-yə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi bu əlil misirli tələbəni Quran tilavəti İnstitutunun ixtisas dərəcəsi ilə təltif edib və ona maliyyə mükafatı da ayırıb.

Şeyx Əhməd Əl-Tayyib Nada Əbdür-Rəhmanın çətinliklərə və problemlərə baxmayaraq bütün Quranı əzbərləməkdə əzmkarlığını və valideynlərinin qızları üçün göstərdikləri çoxsaylı səylərə görə təqdir edib.

Ötən cümə axşamı Əhməd Əl-Tayyib universitet rəsmiləri ilə birlikdə Əl-Əzhərin Şeyxi qərargahında iştirak edərkən "Şeyx Əl-Əzhər" Quran hifzi müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Bu görüşdə o, bu yarışmanın maliyyə mükafatının məbləğini iki qat artırdı, bu artımla, mükafatın 200.000 Misir lirəsinə bərabər olacağı qeyd edildi.

Bu müsabiqədə iştirakçıların sayı 180 min nəfərdən çox olub, onlardan 1202 nəfəri final mərhələsinə yüksəlib. Final yarışlarında 80 nəfər müsabiqənin dörd müxtəlif səviyyəsində Misirin müxtəlif bölgələrində yüksək dərəcələr əldə edib.

4146196

captcha