İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi göstərişlər və Peyğəmbər (s) sünnəsi əsasında qurulmuşdu. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.
Nəhcül-bəlağə üzrə tədqiqatçı Bəxşəli Qənbəri sosial əxlaqı “Nəhcül-bəlağə”nin nəzərindən tədqiq etmişdir. Onun beşinci hissəsi “Qəflətdən çəkinmək” haqqındadır. Onun mətnini aşağıda oxuya bilərsiniz:
Burada qəflətdən çəkinmək mövzusuna aid olan “Nəhcül-bəlağə”nin 64-cü xütbəsindən danışacağıq. “Nəhcül-bəlağə”nin başqa bir açar sözü “qəflət”dir; Əlbəttə ki, bunun əksi, ayıqlıq, oyaq və ayıq olmaqdır.
Nəhcül-bəlağədə dünya üçün dörd xüsusiyyət bəyan edilmişdir; Ğəyərə, İbərə, Əna və Fəna. “Ğəyərə” yəni bu dünya dəyişməkdədir. “İbərə” yəni dərs almaq halındadır. “Əna” yəni dərd, qəm və qüssəsi var. “Fəna” isə bu dünyada yaşamış və ya yaşayanların hamısının bu dünyadan gedəcəyini bildirir.
Nəhcül-bəlağədə iki növ qəflət qeyd olunur; Biri insan varlığının quruluşunda qərar verilmiş qəflətdir. Mən sizinlə danışıram və mütləq şəkildə arxamda baş verənlərdən qəflətdəyəm. Ona görə də bu qəflət quruluşumda qərar verilib və mən ondan ayrıla bilmərəm. Yalnız irfan yolunu gedən şəxslər bu qəflətə qələbə çala bilərlər.
ikinci qəflət; Bu təsadüfi və ya istəyə bağlıdır. İstəsək çıxa biləcəyimiz bir qəflətdir. Məsələn, İmam Əlinin (ə) bu xütbədə diqqət yetirdiyi və sizin bu qəflətdən əziyyət çəkə biləcəyiniz barədə xəbərdarlıq etdiyi mövzulardan biri də ölümə qarşı qəflət etməkdir.
Diqqət edin, biz ölümdən danışanda ölümü yad edir, ölümü tanıyır və ölüm haqqında düşünürük. İmam Əli (ə) bizi ölüm haqqında düşünməyə sövq edir. Bu çox incə məqama diqqət yetirin, əks halda ölümlə tanış olmaqdan və ölüm barədə düşünməkdən düzgün dərs çıxarmayacayıq. Niyə ölümlə tanış olmalı, ölümü yad etməli və ölüm barəsində düşünməliyik? Bu günümü və anımı itirməmək üçün; Burada və indi yaşamağı əldən verməməli, burada və indi vəzifəmi unutmamalıyam.
İmam Əli (ə) buyurur: “Dünyadan köçün ki, səni ondan köçürmək üçün çalışırlar. Sizə kölgə salan ölümə hazır olun. O şəxslər kimi ol ki, onlara qışqıranda ayılırlar və dünyanın əbədi bir yer olmadığını bilir və onu axirətlə dəyişdirirlər.
Yəni onlar bu dünyada elə yaşadılar ki, dünyanı axirət həyatına bağladılar. Çünki onlar qəflət içində yaşamırdılar. Bu məsələdən bir az qəflət etsək, dünya bizi o qədər özünə cəlb edər ki, öləcəyimizi unudarıq. İnsanlar mən öləcəyəm cümləsini desələr, başqalarına zülm edərlərmi?!
Zülm bu dünyada daimi olduğumuzu düşündüyümüz zaman başlayır. Əli (ə) buyurur; "Ölümü yad etmək zülm etməyiniziin qarşısını alar və qəlbinizi yumşaldar".
4131685