IQNA

Quran nədir? / 7

Doğru ilə yanlışı ayıran

14:40 - June 18, 2023
Xəbər sayı: 3494341
Tehran (İQNA) - Allah Quranda dəfələrlə bu kitabı haqqı batildən ayırmaq üçün bir vasitə adlandırmışdır. Bu xüsusiyyət Quranı həqiqəti müəyyən etmək üçün bir meyar kimi tanıdır.

Quran bir neçə surədə müxtəlif ifadələrlə onun haqqı batildən ayırmağın meyarı olduğunu bildirmişdir. “Tariq” surəsinin 13-cü ayəsində “Fəsl” ifadəsi gəlib: إِنَّهُ لَقَوْلٌ فَصْل "Bu (Quran) haqqı batildən ayıran bir sözdür" (Tariq, 13). “Furqan” (haqqı batili ayıran) ifadəsi “Furqan” surəsinin birinci ayəsində gəlib:

تَبَارَكَ الَّذِى نَزَّلَ الْفُرْقَانَ عَلىَ‏ عَبْدِهِ لِيَكُونَ لِلْعَلَمِينَ نَذِيرًا

“Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur!” (Furqan, 1).

"Fəsl" sözünün mənasında deyilir: "İki şeydən birinin digərindən aralarında fasilə yaranana qədər ayrılması və aşkar olması. Eyni məna Furqan sözü haqqında da ifadə edilmişdir.

Bu sifətin ləyaqəti o qədər böyük və əlçatmazdır ki, Allah-Təala haqqı batildən ayıran bir kitab nazil etdiyinə görə Özünü mübarək hesab edir (Furqan, 1). Bu da onu göstərir ki, ən yüksək xeyir və bərəkət insanın əlində (doğru ilə yanlışı) tanımaq üçün vasitəsinin olmasıdır.

Əmirəl-mömin Əlidən (ə) bir hədisdə sevimli İslam Peyğəmbərindən (s) nəql olunub ki, bu məsələnin başqa cəhətlərini də bilmək üçün əhəmiyyətlidir:

Peyğəmbər (s) buyurdu: "Tezliklə sizin aranızda fitnə çıxacaq. Dedim, ey Allahın Rəsulu! Bundan çıxış yolu nədir? Buyurdu: Keçmişin və gələcəyin xəbərlərini ehtiva edən və aranızda hakim olan Qurandır. Haqqı batildən ayıran sözdür. Ciddidir, zarafat deyil. Hər bir zalim onu ​​tərk edərsə, Allah, onu məğlub edər, kim ondan başqa hidayət axtarsa, Allah onu azdırar!"

Bu hədisdə Quranın bu sifətinin müəyyən bir zamana aid olmadığı, gələcək nəsillərə də aid olduğu bildirilir. Bu, Quranın məzmununun insan fitrətinə əsaslandığını və insanın ehtiyaclarına ən yaxşı şəkildə cavab verdiyini göstərir.

Fitrət Allahın verdiyi və bütün insanlar üçün ümumi olan fitri yaradılış növü deməkdir. Fitrət insanın kamilliyə meyl etməsinə səbəb olan şeydir. Həmçinin Allah bunu insanın daxilində yerləşdirib və məhv edilə bilən bir şey deyil.

Bütün insanlar ədalətlə maraqlanır və bu, zaman keçdikcə insanlarda yaranan bir şey deyil. Allahın verdiyi bir şeydir və həmişə insanların yanında olmuşdur.

Cəmiyyətin ab-havası heç də həmişə sakit olmur. Bəzən fitnədən əziyyət çəkir. Elə bir şəkildə ki, doğru ilə batil bir-birinə o qədər yaxındır ki, onları bir-birindən ayırmaq çətin olur. Bu arada Quranın rolu yeni cilvələr tapır. O, hər zaman doğru ilə yanlış arasındakı fərqi göstərən bir kitabdır.

captcha