"İQNA", "Türkiyə indi"-yə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İordan çayının qərb sahilində sionist mühacirlər tərəfindən Quranın təhqir edilməsini pisləyərkən, bunu edənlərin tez bir zamanda cəzalandırılmasını istəyib.
Kurtulmuş sosial şəbəkələrdəki rəsmi hesablarında bəyanat dərc etməklə, sionist mühacirlər tərəfindən Qurani-Kərimə qarşı iyrənc təhqirləri şiddətlə qınayıb.
O, bu bəyanatında vurğulayıb: Biz sionist mühacirlər tərəfindən Qurani-Kərimə nifrət dolu təhqiri şiddətlə qınayırıq. "İsrail" hakimiyyəti fələstinlilərə və müsəlmanların müqəddəs dəyərlərinə qarşı bu cür hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirməli və günahkarları tez bir zamanda cəzalandırmalıdır.
Kurtulmus əlavə edib: "Türkiyə hər zaman Fələstinin yanındadır. Fələstinə və ya ortaq dəyərlərə qarşı istənilən hücuma qəti şəkildə qarşıdır".
Qeyd edək ki, cümə axşamı, iyunun 22-də iki sionist Nablus şəhərinin cənubunda yerləşən Orif şəhərində məscidin qarşısında Qurani-Kərimin nüsxələrini yerə atıblar.
4149859