IQNA

Quran nədir? / 13

Heç bir şübhə yeri olmayan bir kitab

10:02 - July 10, 2023
Xəbər sayı: 3494435
TEHRAN (IQNA) – Allah “Bəqərə” surəsinin əvvəlində Quranı heç bir şübhə yeri olmayan bir kitab kimi təqdim edir. Bəs bu ayənin Quranla bağlı irəli sürdüyü əminlik nə məna daşıyır?

"Bəqərə" surəsinin ikinci ayəsi Qurani-Kərimi heç bir şübhə yeri olmayan bir kitab kimi təqdim edir: "O kitab ki, onda heç bir şübhə yoxdur. O, təqvalılar üçün hidayət mənbəyidir" (Bəqərə, 2).

Quranın Allah tərəfindən olmasına heç bir şübhə yoxdur. Çünki onun məzmunu elədir ki, bu şübhəyə yer qoymur. Bunu iki cəhətdən araşdırmaq olar:

1_ Qurani-Kərimin məzmunu: Qurani-Kərim məzmununu tanıtdırarkən buyurur: “Bu (Quran) haqqı batildən ayıran bir sözdür və heç vaxt zarafat deyil” (Tariq, 13 və 14). Quranın özlüyündə verdiyi bu tərif heç bir şəkildə sadəcə bir iddia ola bilməz, həqiqətdə, əməldə də eynidir. Gördüyümüz kimi Quranın nazil olmasından min illər keçməsindən sonra heç kim Qurandan daha yaxşı bir şey söylədiyini və ya Qurana zidd bir şeyin olduğunu iddia edə bilməyib.

2_ Qurani-Kərimin ifadə tərzi: Bəzən elələrini görürük ki, ağlında düzgün və gözəl söz var, lakin bəlağətli ifadəsi olmadığı üçün məzmunu yaxşı bəyan edə bilmir. Qurani-Kərim üstün məzmun və maarifə sahib olması ilə yanaşı, onun ifadə tərzi də ən yüksək səviyyədədir.

Bu ayədə qeyd olunan nöqtələr insanlara Quranın yüksək məqamını tanıtdırır:

1_ Qurana istinad edilərkən uzaq nisbi əvəzlik işlədilir. Bu ona görədir ki, bəzən nisbi isim bir şeyin və ya şəxsin böyüklüyünü ifadə etmək üçün işlədilir. Yəni onun məqamı o qədər yüksəkdir ki, sanki səmada uzaq bir nöqtədə yerləşdirilmişdir.

Ətraflı izah üçün: Bəzən bir şey və ya nə isə bizə yaxın olur və biz ona işarə etmək üçün “bu” və ya “bu alma” deyirik. Bəzən də nə isə bizdən uzaqdır və işarə etmək üçün “o” və ya “o dağ” deyirik. Ancaq bəzən ədəbiyyatda bizə yaxın olan bir şeyə işarə etmək üçün uzaq işarə və ya həmin "o" əvəzliyindən istifadə edirik. Bu da ona görədir ki, onun məqamı və rütbəsi yüksəkdir.

Quran insanlar arasında əlçatan və yaxın bir kitabdır, lakin Allah onun çox yüksək olan həqiqətinə işarə etmək istəyəndə “o” deyir.

2_ Bu ayədə rastlaşdığımız başqa bir məqam, onun sonuncu hissəsidir ki, bunun təqvalılar üçün hidayət olduğunu bildirir.

Quranın bütün insanlar üçün hidayət vasitəsi olduğunu vurğulamaq yerinə düşər. Qurandan ancaq haqqı axtaranlar, qəlbi təmiz və saf olanlar istifadə edir. Yağış kimi ki, yaşıllıq olan bir yerə yağanda təravət gətirir, amma həmin yağış zibil yığılan yerə yağarsa, pis qoxuya səbəb olur.

captcha