IQNA

İmam Rza (ə) hərəminin qarisi: "Kərbəla Quran yarışmasında məna mehvərli qiraət etdim"

15:41 - July 14, 2023
Xəbər sayı: 3494457
KERBELA (IQNA) - İmam Rza (ə) hərəminin adından Kərbəla Mükafatı beynəlxalq yarışmasında iştirak edən qari Muxtar Dehqan bu yarışmadakı çıxışını mənal mehvərli qiraət hesab edib.

İmam Rza (ə) hərəminin qarisi Muxtar Dehqan "İQNA"-nın Kərbəla müxbirinə verdiyi müsahibədə deyib: "Mənim bu yarışlarda qiraətim məna mehvərli qiraət idi. İkinci dəfə keçirilən Kərbəla Mükafatı Quran müsabiqəsi əvvəlki illə müqayisədə keyfiyyət və kəmiyyət baxımından artıb. Habelə bu yarışlarda seçilmiş qarilər iştirak ediblər.

O əlavə edib: "Müsabiqənin birinci mərhələsində “Nur” surəsinin 46-dan 51-ə qədər olan ayələrini oxudum. Müsabiqənin birinci mərhələsinin xüsusiyyətlərindən biri də bu idi ki, püşkatma çox çətin olmadı və qarilər qiraətlərində çox əziyyət çəkmədilər.

Mən öz qiraətimdən razı qaldım və qiraət etdiyim zaman çox rahat idim. Qiraətimi İmam Rzanın (ə) anasının pak ruhuna təqdim etdim.

4154803

 

captcha