IQNA

Kərbəla müsabiqəsinin münsiflər heyətinin bəyanatında Quranın təhqir olunması pislənib

16:26 - July 14, 2023
Xəbər sayı: 3494460
KERBELA (IQNA) - Kərbəla müsabiqəsinin ikinci dəfə keçirilən Beynəlxalq Quran Hifzi və Qiraəti Müsabiqəsinin münsiflər heyəti yekun bəyanatında dünyanın bəzi ölkələrində, xüsusən də İsveçdə Quranın təhqir olunmasını pisləyib.

"İQNA"-nın Kərbəlaya ezam olunmuş müxbirinin xəbərinə görə, yarışların bu turunun münsiflər heyətinin bəyanatını iyulun 13-də keçirilən yarışların bağlanış mərasimində İranın Quran ustadlarından biri və yarışların bu turunun Təcvid bölməsinin hakimi Fəllah Kəsmai oxuyub.

Bəyanatın mətninin tərcüməsini təqdim edirik:

“İslam ümmətinin vəhdət əsaslarının möhkəmləndirilməsi və Quran təlimlərinin cəmiyyətdə tətbiqi əqidəsinə uyğun olaraq, İmam Hüseynin (ə) hərəminin həyətində Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin ikinci turu keçirilib.

Bu yarışlar İmam Hüseynin (ə) hərəminin yaxınlığında keçirildi. O həzrət Məhərrəm ayının 10-cu gecəsində Quran oxuyub və mübarək həyatında Allah kəlamının göstərişlərinə əməl edib. O, bu ilahi kitabdan istifadə edərək fitnə-fəsad və zülmə qarşı durmuşdur. Əmr be məruf və nəhy əz münkər fəryadı ucaltmışdır. Həzrət Seyyiduş-Şühəda (ə) qardaşına yazdığı vəsiyyətdə də “Ali-İmran” surəsinin 104-cü ayəsinə istinad etmişdir ki, buyurur:

«وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ»

"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış kimsələrdir".

Bu yarışların İmam Hüseynin hərəminin həyətində keçirilməsinin mühüm və xüsusi mənaları var. Müqəddəs ziyarətgahların və İslam dünyasının məşhur məscidlərinin qari və hafizlərinin bir araya gəlməsi bu məfhumları özündə canlandırır.

Bu gün Qurana daha çox bələd olan insanların bir araya gəlməsi və onlar arasında qarşılıqlı əlaqə çox mühüm bir zərurətdir. Çünki biz Quranın şəxsiyyətini daxildən silmək, vəhy kəlamını yandırmaq və zahirən onu ləkələmək cəhdlərinin şahidi oluruq. Bunun son nümunəsi, təəssüf ki, İsveçdə Quranın yandırılması oldu.

Biz bu cinayəti qətiyyətlə pisləyirik. Məsul və nüfuzlu qurumlardan ailədə və cəmiyyətdə, məktəblərdə və universitetlərdə, hətta dövlət idarələrində və bütün sahələrdə Quran mədəniyyəti və təhsilinin təbliği üçün qabaqlayıcı tədbirlər görmələrini istəyirik.

Biz münsiflər heyətinin üzvləri həmçinin hesab edirik ki, Kərbəla Mükafatı Quran Müsabiqəsinin ikinci turu texniki cəhətdən qlobal standartlara və mükəmməl dəqiqliyə malik idi.

Uca Allaha və İmam Hüseynə (ə) təşəkkür etdikdən sonra İmam Hüseyn (ə) hərəminin rəhbərliyinə bu Quran tədbirinin təşkilində göstərdikləri dəstəyə və səylərə görə təşəkkür edirik.

Quranın tərcüməçisi və təfsirçisi olan və hətta başı nizə üzərində Quran oxuyan İmam Hüseynin (ə) müqəddəs hərəminin həyətinə Quran fəallarını toplamaq üçün edilən bu səy mübarək və dəyərli bir səydir. Bu Quran hadisəsi "Əl-Hüseynu Yəcməuna" (Hüseyn bizi bir araya gətirir) şüarının təcəssümüdür.

4154863

 

captcha