"Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (Maidə, 8).
Varlığın Tanrısı birbaşa onun varlığına inananlarla danışır. Hər bir mömin özünün təkli həra mağarasında ayəni birbaşa eşidə və dinləyə bilər. Bunlar gözəl fərmanlarıdır ki, onlara itaət etmək insanları padşah edir.
Hansı padşah ədalət və insaf tacı olmadan izzət sahibi olub. Kim elə bir nüfuza çatıb ki, danışanda və hökm edəndə əvvəlki düşmənçiliyi nəzərə almır, hər hansı etnik, qəbilə, dini və mərasim təəssübkeşliyindən uzaq olub, haqq və ədalətin yanındadır. Əsl padşah belə bir insandır. Dünyada bu məqama çatan nadir şahlar olubsa, onların tacı ədalət və insaf idi.
Ayə iman əhlinə xitab olunur ki, "Allahı və qiyamət gününü etiraf etmiş iman əhlini yaxşılığa və təqvaya təşviq etmək və doğru yola yönəltmək nəyə lazımdır?"
Cavab budur ki, bu ayədə imanın mahiyyəti müəyyən edilmiş və təfsir edilmişdir ki, insanlar imanın əsaslarının nə olduğunu bilsinlər. Buna görə də nə vaxt ədalətdən və insafdan çəkinsələr, iman əhlindən olmayacaqlar. Bu qısa ayədə iman əhlinə bir neçə tövsiyə verilmişdir: Biri daima Allaha təvəkkül etmək və hər hansı bir işi Allah rizası üçün etməkdir. Onların hər bir işində niyyətləri Allahın razılığı olmalıdır. O iş o zaman əldə edilir ki, ilahi kamillik və gözəllik sifətlərindən birinə nail olmaq istiqamətində olsun.
İkincisi budur ki, buyurdu: Ey möminlər, ədalətə şəhadət verin, çünki haqq və ədalətə şəhadət vermək həm də iman əhlinin və Allah rizası üçün ayağa qalxanların vəzifələrindəndir. Dinin ən mühüm ictimai məqsədi ədalət və xeyirxahlığa nail olmaqdır.
Üçüncü mətləb Qurani-kərimin məxsus öyüd-nəsihətlərindəndir ki, buyurur: Heç vaxt öz xalqına kin və düşmənçilik səni elə bir cinayətə sövq etməsin ki, onlarla rəftarda insaf və ədalət yolundan dönəsən. Bu isə hər gün tez-tez baş verən bir səhvdir. Bəzən insanlar kin-küdurət maniəsinə görə bu səhvi düzgün hesab edirlər.
Ailə münasibətlərində, sosial, peşə, iqtisadi və siyasi münasibətlərdə bu xəta hər yerdə mümkündür baş versin. Kin-küdurət, fikir ayrılığı və ya təəsübkeşlik üzündən nəfsinə hakim və insaflı olub haqqı tapdalamayan az adam var.
Dördüncü mətləbdə açıq-aşkar şəkildə ədalətə riayət edin əmri gəlmişdir. Yenə üçüncü nöqtədəki kimi vurğulanır ki, əgər insafsızlıq edib ədalətə riayət etməsəniz təqva yolundan çıxacaqsınız. Beşinci məqam isə budur ki, Allah etdiklərinizdən xəbərdardır. Siz daima onun nəzərindəsiniz. Bu həyalı olmağa səbəb olur və azğınlığı azaldır.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115250