IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 16

Həzrət Musanın (ə) dua prinsipindən istifadə etməsi

13:44 - July 26, 2023
Xəbər sayı: 3494521
TEHRAN (IQNA) - Varlıq aləmində ilk peyğəmbər yer üzünə qədəm qoyduğu vaxtdan indiyə kimi insanlara həm fərdi, həm də ictimai cəhətdən peyğəmbərlərdən və imamlardan daha yaxşı tərbiyə verə bilən heç kim olmuyub. Ona görə də bu şəxsiyyətlərin tərbiyə üsullarının araşdırılması böyük əhəmiyyət kəsb edir. Bu üsullardan biri də duadır ki, həzrət Musanın (ə) həyat tərzində araşdırılır.

İnsanın dinləyicilərə tərbiyəvi təsir göstərə biləcəyi üsullardan biri də dua üsuludur. Dua əsl mənasında dərəcə və məqam baxımından daha aşağı səviyyədə olan bir varlığın təvazökarlıq və acizlik üzündən qətiyyən ehtiyacı olmayan Allahdan istəməsi deməkdir.

Fərqli xalqlar, müxtəlif dinlər və onların fərqli adət-ənənələri ilə qarşılaşdıqda görürük ki, onların hər birinin özünəməxsus duaları var.

Duanın ən mühüm hikməti və fəlsəfəsi budur ki, dua bəndəlik və yoxsulluğun bəyanı və Allahın tükənməz mənbəyinə bağlılıqdır. Namazda mövcud olan və insanın bəndəliyini başqa cür sübut edən digər bir məqam da budur ki, bu işi Allahın özü əmr etmişdir. Dua etmək ilahi əmrlərdəndir.

Həzrət Musa (ə) bu üsuldan istifadə etmişdir ki, onu aşağıda oxuya bilərsiniz:

1_ Dua zamanı ədəb-ərkan

  Həzrət Musa (ə) Misir ərazisindən və fironların hökmranlığından ayrı olan Mədyən torpağına getməyə qərar verdi.

  Həzrət Musa (ə) Misirdən çıxıb uzun bir yol qət etdikdən sonra Mədyənə daxil oldu. Orada həzrət Şüeybin (ə) qızları ilə rastlaşdı. O, Şüeyb peyğəmbərin (ə) qızları üçün quyudan su çəkdi və ac qarnı ilə ağacın kölgəsində yatdı. Rəhman Allaha dedi: "Ey Rəbbim! Mənə göndərdiyin hər bir yaxşılığa ehtiyacım var" (Qəsəs, 24).

Həzrət yorğun və ac olsa da, o şəhərdə qərib və tək olsa da, sığınacağı olmasa da səbirsiz deyildi. O qədər nəzakətlidir ki, xahiş edəndə belə açıq-aydın demir ki, ilahi belə və ya elə et.

Yəni yalnız öz ehtiyaclı olduğunu söyləyir, qalanını isə Allahın lütfünə buraxır.

2_ Missiyadan əvvəl dua etmək

Həzrət Musa (ə) öz missiyasının böyüklüyündən xəbərdar oldu və onu yerinə yetirmək üçün Allahdan bir şeylər istədi. Fironun yanına gedərək onu hidayət edib insanlara xəbər verərkən Rəbbindən sinəsinin genişlənməsini və çətinliklərə tab gətirmək üçün güc istədi. Çünki bu xüsusiyyətin olması tərbiyəçi üçün zəruridir.

Çünki böyük ruhun ilk qələbə vasitəsi uca düşüncə və qüdrətli zəka, başqa sözlə, sinəsinin genişliyi (dözümlülüyün çox olması)dır.

Buna görə də ərz etdi:

“İlahi sinəmi genişləndir” (Taha, 24).

Qeyd edək ki, tərbiyəçi üçün ilk sərmayə açıq fikirlilik, səbr, dözümlülük, cəsarət və çətinliklər yükünü daşıya bilməkdir.

Həzrət Musanın (ə) həyat tərzində bu iki hadisəyə istinad etməklə biz dəyərli tərbiyəvi məqamları başa düşə bilərik: O cümlədən tərbiyə alan dua edərkən təvazökarlıqla Allahdan istəməli və Allahı özünə borclu saymamalıdır. Həzrət Musa kimi ki, "Ya Rəbb, mənə hər bir yaxşılığı göndərsən, ona ehtiyacım var".

Tərbiyənin başqa bir məqamı da budur ki, tərbiyə alan bilməlidir ki, hər hansı işə başlamazdan əvvəl özünü əqli cəhətdən ən yüksək səviyyədə hazırlamalıdır. Bu mənəvi hazırlıq üsullarından biri də dua edib Allahdan insana belə bir hazırlıq nəsib etməsini istəməkdir.

captcha