IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 17

Quranda Musa peyğəmbərin (ə) qissəsindəki sual-cavab üsulu

11:02 - August 07, 2023
Xəbər sayı: 3494564
TEHRAN (IQNA) - Həzrət Musa (ə) yüksək rütbəli və ulul-əzm peyğəmbərlərdən biri kimi müxtəlif insanları tərbiyə etmək üçün sual-cavab üsulundan istifadə etmişdir ki, bu da Quranda öz əksini tapmışdır.

Böyüklərin çox istifadə etdikləri tərbiyə üsulları arasında auditoriyaya sual vermək üsulu da var. Tərbiyədə auditoriyadan soruşmaq və daxilən (vicdanla) cavab vermək üsulu təlim-tərbiyədə çox təsirlidir. Xüsusən də cahil və inadkar insanlar üçün çox təsirlidir.

Bu metodda şagirddə mətləbi başa düşməyə lazımi motivasiya yaratmaq üçün əvvəlcə onu öz cəhalətinə agah edirik. Sonra isə məlumat verməyə başlayırıq. Sorğu-sualın müxtəlif formaları var ki, Qurani-Kərimdə dəfələrlə işlədilib. İnsan fitrətinə belə bir məsələ təqdim olunduqda insanın müsbət cavab verməkdən başqa çarəsi qalmır.

Uca və ulul-əzm peyğəmbərlərdən olan Həzrət Musa (ə) bu üsuldan istifadə etmişdir ki, Quran ayələrində onu görürük. Tərbiyəvi məfhumları olan bu sual-cavabların bəzi nümunələrinə işarə edirik:

1_ Firon ilk vaxtlar Musanı tək Allaha iman gətirdiyi üçün həbs etmək istədi. Musa belə cavab verdi: “Musa dedi: “Sənə açıq-aydın bir möcüzə gətirsəm də (iman gətirməzsən)” (Şüəra, 30).

Əgər mən həqiqəti aşkar şəkildə ifadə etsəm də və dəvətimin missiyası və düzgünlüyünə bir möcüzə və bir nişanə gətirsəm (onun işığında mənim doğruluğumu və yalanlarınızı dərk edəcəksiniz) də yenə mənim missiyamı inkar edib və məni zindana atarsan? Firon haqqı gördüyü halda yenə Həzrət Musanı (ə) ittiham edir.

2_ "Ona de ki, təmiz olmaq istəyirsənmi?" (Naziat, 18).

Burada Həzrət Musanın (ə) məqsədi budur ki, sən şirk və zülmü tərk edib Allahın birliyinə şəhadət vermək niyyətindəsənmi?

Bu ayə bizim üçün belə bir məqamı ehtiva edir ki, insanları dəvət və tərbiyə edərkən bütün insanların qəbul edə biləcəyi və bəyənəcəyi sözlərdən istifadə etməliyik. (əslində paklığa çağırıb, çirkinlikdən çəkindirməklə onları qəbul etməyə həvəsləndirməliyik).

Amma yenə də görürük ki, Firon bütün bu mehribanlıq və sevgiyə, bu məntiqə və gözəl ifadəyə inkar və üsyandan başqa heç bir reaksiya vermədi! Həzrət Musanın (ə) iddiasını inkar etdi, Rəbbinə asi oldu!

3_ Son qeyd olunan misalda Musa bəni-israili Fironun əlindən xilas etdikdən sonra Musadan onlar üçün bütpərəstlərin tanrısı kimi bir tanrı təyin etməsini istədilər.

Peyğəmbər onlara cavab olaraq bu sualı verir: “(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!” (Əraf, 140).

Əgər Allaha ibadət etməkdə məqsəd şükür hissidirsə, bütün nemətləriniz Allahdandır. Sizə O, nemət verib. Allahdan başqa ibadətə layiq heç kim yoxdur.

Əslində, həzrət Musa (ə) verdiyi bütün bu suallarda onların vicdanını oyatmağa çalışır. Tamaşaçının vicdanının oyanması ilə özü doğru yolu tutur, firavanlıq və xoşbəxtlik yoluna çatır. İnsanın çoxlu günah ucbatından həyatda fitrətin təsirini azaltdığı hallarda əlbəttə ki, heç nə etmək olmaz. Göründüyü kimi, Firon bunun nəticəsində sonsuz əzab çəkdi.

captcha