IQNA

Quranda əxlaqi mövzular / 17

Sosial sərmayələri məhv edən davranış

23:39 - August 09, 2023
Xəbər sayı: 3494578
TEHRAN (IQNA) - Kiçik və ya böyük bir cəmiyyətdə ən mühüm sütun inamdır. Əgər inam itirilsə, cəmiyyət onun bünövrəsini zəiflədə biləcək bütün pisliklərə məruz qalır. Cəmiyyətdə etimadın əhəmiyyətini nəzərə alsaq, bu sosial sərmayələri nə məhv edə bilər?

Dilin rəvayətlərdə şiddətlə qınanan və digər günahlardan daha pis olduğu bildirilən günahlarından biri də qeybət etməkdir. Qeybət etmək, bir insan olmadığı zaman onun haqqında bir şey söyləmək və ya eşitsə, onu əsəbləşdirəcək bir qüsurunu aşkar etmək deməkdir.

Allah Quranda bu əməllə bağlı mövcud olan çirkinliyin şiddətinə görə misal göstərmişdir ki, onun müxtəlif yönlərinə diqqət yetirərək, bu əməlin haram olduğunu bildirir. Allah Quranda buyurur: "Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyi xoşlayırmı?!” (Hücürat, 12).

Allah bu ayədə qeybəti ölmüş qardaşın ətini yemək kimi görür. Bu bənzətmə ona görə edilir ki, qeybdə olan insan özünü müdafiə etmək gücünə malik olmayan ölü kimidir. Özünü müdafiə edə bilməyənə hücum etmək ən pis işdir.

Qeybət edən zəif və aciz bir insandır ki, problemlərlə üzləşməyə cəsarəti çatmaz və bu səbəbdən ölmüş qardaşına hücum edər.

Qeybətə öyrəşmiş və bu hərəkətə adət etmiş şəxs şübhələnir və bütün insanlara qarşı pis şübhələr bəsləyir. O, gücünü insanların qara nöqtələrini aşkar etməyə və bununla da onların dünyadakı nüfuzuna xələl gətirməyə sərf edir. Buna diqqət yetirmir ki, onun işi xalqın inamını itirməsinə, cəmiyyətin birliyinin itirilməsinə səbəb olur.

Adətən, başqasının yoxluğunda onun qeybətini digərlərinin yanında edən şəxs, həmin dinləyən şəxsin də qeybətini başqalarının yanında etmək potensialına malikdir. Ona görə də deyilir ki, qeybətə qulaq asmayaq. Dost və ya ailə içində buna yol verməyə.

İstənilən cismi və ya ruhi-mənəvi xəstəliyin əsas müalicəsi onun səbəblərini tapmaq və onların qarşısını kəsməkdən başqa bir şeylə mümkün deyil. Bu çirkin xüsusiyyətin üzə çıxmasında bir çox amillər təsirli olduğu üçün onlara diqqət yetirməliyik. Paxıllıq, bədxahlıq, inhisarçılıq, intiqam, təkəbbür və özünü üstün görmək insanı qeybət etməyə sövq edən mühüm amillərdəndir. Bu şeylər insan varlığından silinmədikcə, çirkin qeybət etmək xüsusiyyəti də aradan getməz.

captcha