Bəzi məsələlər insanı Allahın xəttindən və tövhid yolundan çıxara bilər, o cümlədən:
1_ Tağutdan qorxmaq: Azğınlığın amillərindən biri də tağutdan qorxmaqdır. Quran buyurur: Firon insanlara deyirdi: “Kim məndən başqa bir tanrı və bir qüdrət qəbul edərsə, onu zindana atacağam” (Şüəra, 29). Xalq qorxusundan onun qulu olmuşdu.
2_ Gərəksiz təəssübkeşlik: Bəzən bir şeyə məhəbbət və əlaqə insanın Allahı görməzdən gəlməsinə, sevdiyi bir şeyə və ya insana üz tutmasına və onu sevgi və qəzəbinin mərkəzinə çevirməsinə səbəb olur. Quran buyurur: " Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pakdır, müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)" (Tövbə, 31).
3_ Yersiz ümid: Bəzən Allahdan başqasına arxalanmaq, kömək istəmək və ya başqalarından hörmət ummaq ümidi ilə edilir. Quran bu barədə buyurur: "Onlar özlərinə kömək olunması ümidi ilə Allahdan başqa tanrılar seçdilər!” (Yasin, 74). Başqa bir ayədə isə belə buyurur: "Onlar özlərinə şərəf və ləyaqət mənbəyi olması üçün Allahdan başqa tanrılar seçdilər! (Nə də xam xəyaldır!)" (Məryəm, 81).