Quranın ən əsas xüsusiyyətlərindən biri də Quranı mötədil olması, ifrat və təfrit etməməsidir. İşlərdə ifrat həddindən artıq iş görmək deməkdir. Bu o deməkdir ki, insan bir şeyin mötədilliyindən kənara çıxıb, daha çoxuna üz tutur. Hər işdə təfrit etmək, daha az iş görmək və o işi azaltmaq deməkdir. Hər bir ifratla görülən iş təfritə səbəb olur. Bu mənada ki, kimsə yemək yemək və ya siqaret çəkməkdə ifrat edərsə, sağlamlıq sahəsində həddindən artıq az iş görmüş olar. Bu ikisi insanları birlikdə məhv edən bıçağın iki iti kənarı kimidir.
Quranın ifrat və təfritdən uzaq olması nə deməkdir? Bunun əsaslı dəlili varmı?
Quranı ən azı bir dəfə, hətta yarı yarıya da olsa oxuyan hər kəs Quranın bir hissəsinin Əhkam ayələrindən ibarət olduğunu anlayacaqdır. Əhkam ayələri məzmunu şəriət hökmünü vacib edən və ya insanlara nalayiq və çirkin əməlləri qadağan edən ayələrdir. Məsələn: Allah alqı-satqını halal, ribanı isə haram etmişdir” (Bəqərə, 275). Bu ayə hər iki hissəni ehtiva edir, yəni alqı-satqı halal olmuş, riba haram edilmişdir. Quran ayələri dini əməllər kateqoriyasında insanları səadətə yetirmək baxımından insan ruhuna tam uyğun olan hökmləri yerinə yetirməyə məcbur edir. Bu səbəbdən Quran ayələrində tarazlıq müşahidə edilmiş və heç bir ifrat və təfritə yol verilməmişdir.
Əmirəl-möminin İmam Əli (ə) “Nəhcül-bəlağə”də Qurani-Kərimə istinad edərək bu məsələni qeyd etmişdir. O həzrət buyurur: "Uca Allah buyurur: Biz bu kitaba demədiyimiz heç bir şey (nöqsan) qoymamışıq qalsın". (Nəhcül-bəlağə: 18-ci xütbə).
Məsələn, insanların ifrat etdiyi və Quranın onları mötədil şəkildə ifadə etdiyi bu ifrata və təfritə dair 2 nümunə qeyd edilmişdir:
Bu gün bəzi insanların əti heyvan kəsilərək əldə edildiyi üçün yemədiklərini, özlərini heyvan hüquqlarının müdafiəçisi kimi təqdim etdiklərini görmək olar. Quranda heyvanların insanlara faydalarından birini tanıtdıran bir ayəmiz var ki, o da onların ətini yeməkdir: "Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də". (Yasin, 71 və 72).
Bu cür fikirlər həyat sistemində ifrata gətirib çıxarır və təbiət nizamının pozulmasına səbəb olur. Halbuki Quran həm insanlara faydalı, həm də təbiət nizamını qoruyan bir fikir irəli sürmüşdür.
Bəzi dinlərdə və qruplarda insanların bir məqama çatdıqda özlərini evlilik nemətindən məhrum etdikləri və subay qaldıqları görünür. Bir halda ki, Quran açıq şəkildə evlənməyi əmr edir: "Subay kişi və qadınlarınızaı evləndirin" (Nur, 32).
Aydındır ki, bu cür həddi aşmaq həyat nizamının pozulmasına səbəb olur. Bu səbəbdən belə insanlar arasında uşaqların zorlanmasının yüksək olduğunu görürük, halbuki onlar evli olsaydılar bu rəzalətə düşməzdilər.