IQNA

İslamın əqidə prinsipləri; Məad / 34

İnsanın pis aqibətinin amilləri

15:01 - August 18, 2023
Xəbər sayı: 3494616
TEHRAN (IQNA) - Pis aqibəti olan insanların vəziyyətini diqqətlə axtararaq, onların bədbəxtliyinin və pis aqibətinin səbəbini tapmaq olar.

İnsanın pis aqibətinin amillərindən bəzi nümunələr:

  1- Təkəbbür

  İblisin pis sonunun səbəbi onun Allaha asi olan və Adəmə səcdə etməyən təkəbbürlü ruhu idi.

  2- Dünya sevgisi

  Hər hansı bir şeyə məhəbbət və bağlılıq insanın ondan ayrıldığı zaman kin və pis aqibətə düçar olmasına səbəb olur.
Necə ki, İmam Sadiq (ə) buyurur: “Dünya hərisliyi dindən uzaqlaşmağa və pis aqibətə səbəb olar. Duaları qəbul olan Bələm Bauranın bədbəxtliyinin səbəbi nəfsə uyaraq şeytanın tələsinə düşməsi oldu. O, Fironun vədlərinin və dünyaya bağlılığının təsiri ilə Allah peyğəmbəri Musadan (ə) ayrıldı və tağutun tərəfdarı oldu. Nəticədə, həlak oldu. Quranda buyurulur: "Şeytan onu öz ardınca apardı və onun qəlbini dünyaya və maddiyata bağladı. O, öz nəfsani istəklərinə tabe oldu" (Əraf, 176).

 3- Günah

  Quranda buyurulur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" (Rum, 10).

  Bir çox hədislərdə hər günahdan sonra tövbə etmək tövsiyə olunur. Çünki günah insanın nəfsinə təsir edir və aradan qaldırılmadıqda bu təsir bütün qəlbi və ruhu dəyişənə qədər artır.

  4- Dərin inanc və əqidələrin olmaması

  Bəzən insanların imanı təfəkkür, əminlik, seçim və dəlil əsasında deyil, imanı səthi və əsassız olur. Bu cür meyllər tez sarsılır və ən kiçik problem və şübhə aşkar edildikdə imanı itirilir. Məşhur deyimdə deyildiyi kimi əsassız və zəif olan bir şey bir az təzyiqlə aradan gedir.

  Qurani-Kərim buyurur: “Bir qrup insan vardır ki, biz onlara nemət verdiyimiz zaman: “Rəbbi Əkrəməni” (Fəcr, 15) Allah məni sevir və mənə ehtiram göstərmişdir deyir. Amma bir az vəziyyətləri pis olan kimi Allah məni təhqir etmişdir” deyir (Fəcr, 16). Bir halda ki, Allahın nemətlərinin dəyişməsi öz vəziyyətimizin dəyişməsi ilə bağlıdır. Bəli, bəzi insanların (təəssüf ki, insanların əksəriyyətini təşkil edən) imanı bir növ rifah içində yaşamaları və firavanlıq içində olduqları üçündür. Bu insanların qarşısında elələri var ki, əqidəsində dağlardan da möhkəm olub Allaha dua edərək deyirlər: İlahi! Məni cəhənnəmə qoysan belə, səni sevirəm deyə orada qışqıracam. Yəni mənim imanım firavanlıqdan, zamandan və məkandan asılı deyil.

  Qardaşlarının, əzizlərinin və səhabələrinin şəhadətindən sonra, çuxur yerdə qan içində ikən İmam Hüseyn (ə) Allaha dedi: "İlahi, Sən nəyə razısansa, mən də ona razıyam". Öldürülmək səninlə mənim aramda ayrılıq yarada bilməz və qəlbimin sənə olan məhəbbətini azalda bilməz, mənim razılığım elə indi də sənin razılığına bağlıdır.

* Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

captcha