IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 21

Musa peyğəmbərin (ə) əhvalatında bağışlama

11:45 - August 20, 2023
Xəbər sayı: 3494629
TEHRAN (IQNA) - İntiqam almaq gücünə sahib olmağa baxmayaraq kiminsə günahını bağışlamaq və əfv etmək peyğəmbərlərin və saleh insanların yoludur. Buna görə də Quranda peyğəmbərlərin hekayətlərini öyrənmək səbəb olur ki, insanlar onların əfv və bağışlamalarının hansı şəraitdə baş verdiyini öyrənsinlər.

İnsanın ictimai həyatı səhnəsində nöqsansız, sürüşmədən qorunan az adam tapmaq olar. Belə insanlar tapılarsa da çox az olurlar; Çünki insan həmişə öz heyvani təbiəti ilə nəcib insani meylləri arasındakı ziddiyyətə qapılır. Etdiyi hər şey bu iki qüvvə arasındakı qarşıdurmanın nəticəsidir. Deməli, təbii olaraq insanın bütün hərəkətlərinin düzgün və xoş olmasını gözləmək olmaz. Hər kəsin az-çox sürüşmələri və sapmaları olur. Bu sürüşmələrin vurduğu ziyan həmişə insanın özü ilə məhdudlaşmır. Bəzi hallarda başqalarına da ziyan vurur və mənafelərini təhlükəyə salır.

Əfv etmək lüğətdə günahın bağışlanması və cəzalandırılmaması deməkdir. Keçinmək və bağışlama üzərində qurulan tərbiyə üsulu ondan ibarətdir ki, tərbiyə edənin lütf və mərhəməti tərbiyə alanı səhvə yol verən kimi danlamaq və cəzalandırmasının qarşısını alır. Həqiqətdə, demək olar ki, onu bağışlayır.

Bəlkə də demək olar ki, peyğəmbərlərin təlim-tərbiyəsində ən mühüm metod dözümlülük və bağışlama üsulu olmuşdur. Başqaları ilə rəftarda bağışlama və dözümlülük, əsasən, səmavi vəhydən qaynaqlanan bir Quran üsuludur. Allah da özünü (Bağışlayan, Rəhm edən və əfv edən) kimi sifətlərlə də tanıtdırır. Bu da Onun bağışlamaq və bəndələrinə qarşı keçinmək anlayışını göstərir.

Bağışlamaq və əfv etmək Quranda Həzrət Musanın (ə) hekayəsində də öz əksini tapmışdır. Bəni-israil inadkar və üsyankar bir qövm olduqları üçün Allah onları yersiz istəklərinə görə cəzalandırdı. "(Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!”- demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq möcüzələr) verdik" (Nisa, 153).

Əfv etməkdən məqsəd budur ki, Həzrət Musa (ə) onlara öz yaradanına tövbə edib bir-birini öldürməyi əmr etdi. Onlar bir-birinin canına düşən kimi Allah onları bağışladı və onlara bu işdən əl çəkmələrini əmr etdi.

captcha