"Bunların adəti Firon camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!" (Ali-İmran, 11).
İnsanların dünyəvi məqsədlərə çatmaq üçün xərclədiklərini ifadə edən başqa bir təmsildir. Əlbəttə ki, məqsəd dünya həyatını təmin etmək üçün ömrünü sərf etmək deyil, mənəvi həyatı unudub bir tərəfli olaraq dünyaya üz gətirməkdir. Yoxsa əgər insan dünya həyatını üstün dəyərlərə nail olmaq yolunda sərf edərsə, onun dünyəvi işi də axirət işi olacaqdır.
Əgər ariflər dünyanı tərk etməyi tövsiyə etmişlərsə, onların niyyəti dünya nemətlərindən qaçmaq deyil, əksinə, nəfsani istəklərə uymaqdan, dünyanı axirətə üstün tutmaqdan çəkindirmək üçündür. Həmçinin məqsəd vəzifə və var-dövlət kimi dünya işləri üçün ədalət və insaf kimi mənəvi dəyərlərə məhəl qoymamaqdır. Dünyaya məhəbbət dünyanı axirətdən, yəni ali dəyərlərdən üstün tutmaqla müşayiət olunursa, çox pis və cahillik əlamətidir.
Hədisdə deyilir ki: “Dünya eşqi bütün günahların köküdür”. Məqsəd elə bir məhəbbətdir ki, insan nəfsi şərafətini, insani prinsiplərini və mənəviyyatını həmin eşq yolunda qurban verir. Bu ayədə elə bir dünya sevgisindən söhbət gedir ki, insan ömrünü və zəhmətini ona sərf etsə, əkinə qara bir külək əsib onu məhv etdiyi kimi olaq. Bu soyuq külək zalımların bütün ümidlərini, arzularını sovurar.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4118323