IQNA

Nyu York məscidlərində cümə günü azanın yayımlanması üçün lisenziya verilib

11:01 - August 30, 2023
Xəbər sayı: 3494682
WASHINGTON (IQNA) – Nyu Yorkdakı məscidlər ilk dəfə olaraq Ramazan ayında cümə günü günorta azanı və məğrib azanı icazə almadan səsgücləndiricilərdən yayımlaya bilər.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, Nyu-Yorkun meri Erik Adams ötən çərşənbə axşamı, avqustun 29-da bildirib: "Nyu-York şəhərindəki məscidlər icazə almadan cümə günləri və Ramazan ayının axşam saatlarında azan səslərini sərbəst yayımlaya bilərlər. O bildirib ki, bu şəhərin beş rayonunda dini həmkarlıq ruhunu gücləndirməyə çalışır".

City Hall-da keçirdiyi mətbuat konfransında Adams müsəlmanlara dedi: "Nyu Yorkda ibadət etməkdə azadsınız və biz bütün dinləri və məzhəbləri qəbul edirik".

Bələdiyyə sədri elan etdi: "Əgər məscid və ya hər hansı bir ibadət yerinə rəhbərlik edirsinizsə, cümə azanınızı yayımlamaq üçün icazə almağa müraciət etməyinizə ehtiyac yoxdur".

Demokrat və dindar bir xristian olan Adams, məscidlərin azan səsini məntiqli surətdə verməli olduğunu, bazar günü xristian kilsəsinin zəngləri çaldığı kimi azan oxumağa icazə verilməli olduğunu söylədi. O əlavə etdi: "Qanuna görə hamıya bərabər münasibət göstərilməlidir".

4165877

captcha