Əmirəl-möminin Əli (ə) zərbətləndikdən sonra şəhadət yatağında övladlarına vəsiyyət etdi. Biz də onun bir hissəsini nəzərdən keçirəcəyik:
"Ey Həsən və Hüseynim! Mən sizə təqvalı olmağı tövsiyə edirəm". (Bəli, adətən imamlarımızın ilk sifarişi təqva əmri idi. Bu cümlə ilə insanın Allahla əlaqəsinin zəruriliyini ifadə ediblər).
"Dünyanın arxasınca getməyin, dünya sizə üz gətirsə də, dünyadan bir şey səizdən getsə də, təəssüflənməyin". (Bu iki cümlə insanla dünya arasındakı əlaqəni ifadə edir).
"Doğru danışın və qiyamət və ilahi mükafatlar üçün çalışın". (Bu cümlə xətti və məqsədi ifadə edir).
"Zalımlara düşmən ol, məhrum və məzlumlara kömək edin". (Bu iki cümlə həm dövrün qüdrətlilərinə, həm də məzlumlarla münasibətdə siyasi, sosial, hərbi və iqtisadi davranışı ifadə edir).
"Siz iki övladıma, digər övladlarıma, ailəmə və tarix boyu məktubumun çatdığı hər kəsə işlərdə təqva və nizam-intizamlı olmağı tapşırıram".
Qeyd edək ki, İmam bütün dünya əhlinə müraciət edir. Bəli, Həzrət Peyğəmbər (s) buyurur: Mən və Əli bu ümmətin atalarıyıq və ümmətin atası vəsiyyət edərkən bütün insanları nəzərə almalıdır.
Maraqlıdır ki, İmam (ə), təqva ilə nizam-intizamı bir-birinin kənarında gətirdi. Yəni ilahi haqqlara hörmət etməli olduğu kimi, növbələrə, prioritetlərə, müqvilələrə də hörmət olunmalıdıdır. İslam nəzərində hər cür nizamsızlıq və xaos rədd edilir və o Həzrət daha sonra buyurur:
"Ey mənim övladlarım və ey müsəlman ümməti! Özünüzdən və cəmiyyətdən kin-küdurəti yox etməyə çalışın. Çünki Peyğəmbər (s) buyurmuşdur: İki müsəlmanın barışması bütün (müstəhəb) namaz və oruclarınızdan daha yaxşıdır".
Daha sonra İmam gözəl söz və ifadələrlə və xüsusi ahənglə hər kəsə yetimləri, qonşuları, Quranı, namazı, həcci, cihadı, yaxşı münasibət və ümumi nəzarət etməyi, yaxşı işlər görməyi əmr edib, pislikdən çəkindirməyi tapşırır. O Həzrət sözünün davamında qəzavətdə ədalətə riayət etməyi tapşırır və qatili haqqında buyurur: Qatilim məni bir dəfədən artıq vurmayıb, əgər mən bu zərbə ilə ölsəm, bir dəfədən artıq onu vurmamalısınız. Diqqətli olun ki, qəzəb sizi kütləvi öldürməyə və ya onu tikə-tikə etməyə sövq etməsin. Peyğəmbərin (s) buyurduğu kimi, "it belə olsa, ətini kəsib çeynəməkdən və tikə-tikə etməkdən çəkinin".
* Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.