IQNA

9:58 - September 09, 2023
Xəbər sayı: 3494716

Hindistanda “İmam Hüseyn (ə)” konfransı keçirilib

DEHLİ (IQNA) – Hindistanın Banqalor şəhərində müxtəlif dinlərin ardıcıllarının iştirakı və İmam Hüseyn (ə) Hərəminin iştirakı ilə “İmam Hüseyn (ə)” konfransı keçirilib.

Hindistanda “İmam Hüseyn (ə)” konfransı keçirilib

"İQNA", İmam Hüseyn Hərəminə istinadən xəbər verir ki, 31-ci "Dünya Hüseyn (ə) Günü" konfransı Hindistanın Banqalor şəhərində müxtəlif din və məzhəblərin çoxlu ardıcılları ilə və "Müxtəliflik və Həmrəylik" şüarı ilə keçirilib.

İmam Hüseyn (ə) Hərəminin nümayəndəsi Səadəddin Əl-Bənna bu konfransda dedi: "Biz Hindistanın Banqalor şəhərində Hacı Ağa Sultanın nəzarəti altında bir sıra dinlərin iştirakı ilə keçirilən 31-ci "Hüseyn Günü" konfransında iştirak etdik.

O əlavə etdi: "Builki konfrans "müxtəliflik və həmrəylik" şüarı altında keçirildi. Biz dünya hökmdarlarından istəyirik ki, insanlarla dini ayrı-seçkilikdən uzaq davransınlar.

Əl-Bənna bu konfransda İmam Əlinin (ə) Malik Əştərə məktubundan bəhrələnməyin zəruriliyinə, müxtəlifliyə və insan həmrəyliyinə hörmət olan bu məktubun məzmununa işarə edərək dedi: "Əli (ə) bu məktubda buyurur: "İnsanlar iki cürdür; Ya səninlə din qardaşı və ya yaradılışda səninlə eynidirlər".

O qeyd etdi: "Həzrət Əlinin (ə) diqqət yetirdiyi məsələlərdən müsəlmanlar və digər dinlər arasında yoxsulluğun aradan qaldırılması və yoxsullara dəstək olmasıdır ki, bunun üçün xəzinədən maaş və vəsait ayrılırdı".

4167595

 

captcha