IQNA

Liviya və Mərakeşdəki hadisələrin qurbanlarına Kanada məscidlərindən yardım

5:13 - September 18, 2023
Xəbər sayı: 3494759
OTTAWA (IQNA) – Kanadadakı bir sıra məscidlər və islam qurumları Liviya və Mərakeşdə daşqın qurbanlarına kömək üçün yardım toplayıb göndərib.

"İQNA", "CBC"-yə istinadən xəbər verir ki, Kanadadakı Liviya icması son daşqınlara görə kədərləndiyi bir vaxtda Kanadanın yerli məscidləri qurbanlar üçün vəsait toplayır.

Kitçener və Vaterloo məscidləri Liviyadakı daşqınlar və Mərakeşdəki zəlzələ qurbanlarına göndərmək üçün ianələr toplayır.

Vaterloo və Guelf bölgəsində yaşayan Liviya əsilli icmanın üzvləri deyirlər ki, Liviyanın şərqində daşqınların törətdiyi dağıntıları təsvir etmək üçün heç bir söz yoxdur. Bu sel qurbanlarının sayının 20 min nəfərə çata biləcəyi bildirilir.

20 ildən çox əvvəl Liviyadan Kanadaya mühacirət edən Guelphdə işləyən həkim Məhəmməd Cadi seldən əziyyət çəkənlərə ürəyi yandığını söylədi. O, bildirdi ki, bu müsibət təsəvvür edilə bilməz. Ailəsi bu ölkənin qərb bölgəsində Liviyada yaşayır.

 

Kitçener və Vaterloo məscidləri Liviyada daşqın qurbanları və sentyabrın 8-də Mərakeşdə baş verən ölümcül zəlzələnin qurbanları üçün dualar etdikdən sonra ianə toplayır.

Vaterloo məscidinin imamı Əbdül-Mənnan Seyid deyib: "Bilirik ki, edəcəyimiz iş çox azdır, lakin üzərimizə düşəni etməyə çalışacağıq".

4169346

captcha