IQNA

Misir: "Biz İsrailin fələstinliləri didərgin salmaq üçün qəddarlığını qəbul etmirik"

7:31 - October 19, 2023
Xəbər sayı: 3494887
QAHİRƏ (İQNA)- Misir prezidenti bildirib ki, sionist rejimin Qəzzada xəstəxananı bombalamaq və fələstinliləri qətlə yetirməkdə məqsədi Qəzza zolağında xalqı didərgin salmaqdır.

"İQNA", "Fələstin Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Əs-Sisi, çərşənbə günü, oktyabrın 18-də Qahirədə Almaniya kansleri ilə keçirdiyi birgə mətbuat konfransında Qəzzada baş verənlərin HƏMAS-a qarşı hərbi əməliyyat olmadığını, əksinə, Qəzza xalqının köçürülməsi məqsədi ilə həyata keçirildiyini vurğulayıb.

Əbdülfəttah Əs-Sisi, Rəfah keçidi vasitəsilə Qəzzaya humanitar yardım çatdırmaqda qərarlı olduqlarını bildirib. O, bildirib ki, qapını bağlayan onlar deyil, hava zərbələri ilə qapının açılmasının qarşısını alan sionist rejimdir.

Misir xalqının hər zaman fələstinlilərin yanında olduğunu bildirən Sisi, mövcud hadisələrin mülki insanları Misirə köç etməyə məcbur etdiyini və bunun qəbuledilməz olduğunu vurğulayıb.

Əbdülfəttah Əs-Sisi Misirin Fələstinin öz torpaqlarına olan qanuni haqqını və xalqının mübarizəsini dəstəkləyən mövqeyini davam etdirəcəyini vurğulayaraq, Fələstin məsələsinin hərbi yolla məhv edilməsinə qarşı olduğunu bildirib.

O, Qəzza zolağında humanitar vəziyyətin getdikcə pisləşdiyindən narahatlığını ifadə edib və əlavə edib ki, humanitar yardımın Qəzza zolağına çatdırılmasına icazə verilməli, BMT və humanitar təşkilatların işində irəliləyiş təmin edilməlidir.

4176162

captcha