IQNA

8:07 - November 05, 2023
Xəbər sayı: 3494958

Türkiyə Tel-Əvivdəki səfirini Ankaraya çağırıb

ANKARA (İQNA) - Türkiyə Tel-Əviv səfiri Torunların "məsləhətləşmələr üçün" Ankaraya çağırıldığını bildirib.

Türkiyə Tel-Əvivdəki səfirini Ankaraya çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin Təl-Əviv səfiri Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya dəvət edilməsi ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, “İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumların davam etməsi, humanitar yardımların fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Qəzzada baş verən humanitar faciəni nəzərə alaraq, Tel-Əviv səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya dəvət edilməsinə qərar verildiyi” bildirilib.

captcha