Həzrət Peyğəmbərimiz (s) də hədislərində buyurub;
“Allah həmd olunmağı sevir”
Fatihə surəsini oxuyaq:
“Rəhman və Rəhim olan Allahın adı ilə...”
“Aləmlərin Rəbbi olan Allaha həmd olsun”.
“Rəhman və mərhəmətli.”
“Mükafat və cəza gününün yeganə hakimi”.
“(Ey Rəbbimiz!) Biz ancaq Sənə ibadət edir və ancaq Səndən kömək diləyirik”.
“Bizi doğru yola yönəlt!”
“Nemət verdiyin kəslərin yoluna; Nə qəzəb olunmuşların yoluna, nə də azmışların yoluna! "
Qurani-Kərimin ilk surəsi olduğundan o, başlanğıc mənasını verən Fatihə adlandırılmışdır. O, həmçinin “Ümmü’l-Kitab” (Kitabın anası) və “Əs-Səbul-məsani” (Yeddi təkrar ayə) kimi də adlandırılır.
Bu surə ilahi kitabın bütün məqsədlərini əhatə edir; O, xülasə şəklində gətirdiyi məna, məlumat və hökmləri ehtiva edir. Surə Allahla bəndə arasında bölünmüşdür. Bunun bir hissəsində bütün həmdlərin çox şəfqətli, çox mərhəmətli və qiyamət gününün sahibi olan aləmlərin Rəbbinə aid olduğu bildirilir.
İkinci hissəsində, Allah bəndələrinin dedikləri, onların yeganə məşuqunun Allah olduğu, Ondan başqa heç kəsdən kömək istəmədikləri və Ondan onları doğru yola yönəltməsi üçün dua etdikləri vurğulanır. Doğru yola və kamilliyə çatmaqdan böyük nemət yoxdur. Bu nemətin təsiri ona sahib olanların üzündə əks olunur. "Onların üzündə ilahi nemətlərin sevincini oxumaq olar". (Mütəffifin, 24).
Bu surədə istifadə olunan ədəbi sənətlərdən biri də tərifdir. o da danışanın qəfildən qeybdən indiyə keçməsi və üçüncü şəxsdən ikinci şəxsə və ya birinci şəxsə qayıtmasıdır. Quranda bu sənətə çox rast gəlinir. Bu dəyişikliklər adəti pozmaq, həmsöhbətdə maraq oyatmaq, mövzunun əhəmiyyətinə diqqəti cəlb etmək məqsədi ilə edilir. Bu ədəbi sənətdən Qurani-Kərimdə çox istifadə olunur. Çox vaxt məlumatsız və müqəddiməsiz olduğu üçün həzz, həyəcan, heyranlıq və etibarlılıq mənbəyi olur.
Allahın Özündən qiyabi surətdə danışmasından, bütün həmd-sənaların Ona məxsus olmasından və kainatın Rəbbi və Qiyamət gününün hökmdarı olmasından daha böyük həyəcan və coşqunluq nə ola bilər? Birdən danışığın ortasında İnsan səhnəyə çıxır və birbaşa Rəbbə müraciət edir ki, biz yalnız Sənə ibadət edirik.
Doğru yol insanla ona layiq olan kamillik arasında ən qısa məsafədir. İnsanların çoxu xoşbəxtliyin arxasınca getsələr də, əyri yolu tuturlar və daha uzun bir yol gedirlər. Onlar tez-tez peşmançılıqla dolu cəhənnəmdə uzun bir yol qət edirlər, lakin Allahın lütfü ilə doğru cənnət yoluna qayıdırlar.
Şöhrət və vəzifə əldə etmək üçün yaxşı işlər görməkdənsə, var-dövlət, güc və şöhrət toruna düşürlər. Bunlardan çoxlu yalan çıxır. Lakin hikmət, gözəllik və yaxşılıq nurunun təbii parıltısı olan şöhrət həqiqətinə çata bilmirlər.
Bu, Ustad Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.
4123315