IQNA

İslamda xums / 7

İnsanların xums verməməsi üçün şeytanın vəsvəsələri

11:09 - November 23, 2023
Xəbər sayı: 3495027
TEHRAN (İQNA) – Bəzən şeytanın vəsvəsələri nəticəsində insan elə zənn edə bilər ki, o, çoxlu yaxşı işlər görüb, yoxsullara kömək edib, ona görə də xums verməyə ehtiyac yoxdur.

İnsanlar dini bir vəzifə olan xumsu verməyə qərar verdikdə, şeytan insanlara vəsvəsə edərək, belə etsə, yoxsullaşacaqlarını bildirir. "Şeytan sizə yoxsulluq qorxusunu salır və sizə çirkin işlər görməyi əmr edir". (Bəqərə, 268)

Quranda şeytanın yoxsulluq vədinə qarşı aşağıdakı vədlər verilir:

"Səbə" surəsinin 39-cu ayəsi: “Başqaları üçün nə xərcləsəniz, Allah onun əvəzini verər. "

İnfaq etmək ana südü əmən uşaq kimidir. Uşaq nə qədər süd içsə də, Allah ananın sinəsini yenidən südlə doldurur.

“Bəqərə” surəsinin 110-cu ayəsi: “Namaz qılın və zəkat verin. Özünüz üçün nə yaxşılıq etsəniz, onu Allah yanında taparsınız. Şübhəsiz ki, Allah sizin əməllərinizi görəndir”.

Kəhf surəsi, 46-cı ayə: “Mal və övlad dünya həyatının zinətidir. Davamlı yaxşı əməllər həm savab baxımından daha xeyirlidir, həm də Rəbbinin yanında ümid bağlamağa layiqdir”.

 “Nəhl” surəsinin 96-cı ayəsi: “Sənin yanında olanlar yox olur, Allah yanında olanlar isə əbədidir. "

 “Bəqərə” surəsinin 261-ci ayəsi: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən, hər sünbüldə yüz dənə olan bir dənəyə bənzəyir”. “Allah istədiyinə bol verir, Allah (öz zat və sifətlərində) hüdudsuzdur, O, hər şeyi biləndir”.

Əgər şeytan insana xums verməkdən mane ola bilməsə, onu təxirə salmağa razı salmağa çalışar. Deyəcək: Xums vermək vacibdir. Amma tələsmək lazım deyil, nə qədər mənfəət və zərər olacağı bilinmir. Maliyyə problemləri ilə qarşılaşsanız nə baş verər?… və s.

Qurani-Kərim bu cür təxirə salınmalara qarşı xəbərdarlıq edir və xatırladır:

1_ Qurani-Kərimdə “Bəğtətən” kəlməsi dəfələrlə zikr edilib və insanın hər an qəfil ölümün baş verə biləcəyi, yaxşı iş görməyə fürsəti olmayacağı bildirilir.

2_ Qurani-Kərimdə qəfildən ilahi əzaba düçar olmuş insanların, qəbilələrin və qrupların tarixindən bəhs edilir.

3_ Qurani-Kərimdə dünyaya qayıtmaq və axirətdə yaxşı işlər görmək istəyən bəzi insanlardan bəhs edilir, lakin bu heç vaxt baş verməyəcək.

4_ Hədid surəsinin 14-cü ayəsində cəhənnəm əhli ilə cənnət əhlinin söhbətinə diqqət çəkilir. “Münafiqlər onlardan soruşdular: “(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!”.

  Möhsin Qəraətinin yazdığı "Xums" kitabından götürülmüşdür.

captcha