IQNA

Fransa Qəzzadakı soyqırımın ortağıdır

15:27 - November 24, 2023
Xəbər sayı: 3495030
PARİS (İQNA) – Bir sosioloq sionist rejimin Qəzzada törətdiyi cinayətlərlə bağlı Qərb ölkələrinin hərəkətlərini tənqid edib.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Klotilde Faukon sosiologiya üzrə doktorantdır. O, Qərb dünyası liderlərini İsrailin Qəzza zolağında törətdiyi qırğına göz yumduqlarını tənqid edərək, Fransanın işğalçı rejimin səssiz tərəfdaşı olduğunu bildirib.

Faokonun “Middle East Eye” saytında dərc olunan məqaləsində o, Fransa prezidenti Emmanuel Makronun Qəzza zolağının bombalanması başlayandan bəri İsrailə qeyd-şərtsiz dəstək verdiyini bildirib.

Oktyabrın 16-da Fransa BMT Təhlükəsizlik Şurasının mülki şəxslərə qarşı zorakılığı pisləyən qətnaməsinə səs verərək İsrailin özünümüdafiə hüququnu dəstəkləyib.

Məqalə müəllifi yazıb ki, sözlər Qərb dünyası liderlərinin İsrailin Qəzzadakı hərbi cinayətlərinə və soyqırımına necə göz yummağa davam etdiyini təsvir edə bilməz.

Faukon qeyd edib ki, əgər Qərb beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl etsəydi, İsrailin Qəzzaya hücumunda həlak olan on minlərlə fələstinli xilas ola bilərdi. Bununla belə, o qeyd edib ki, Qərb bunun tam əksini edib və İsrailin müstəmləkəçilik və soyqırım ambisiyalarına siyasi, iqtisadi və hərbi don geyindirib.

O, məqaləsinin sonunda yazır: "Fransanın İsrail ordusuna dəstəyi siyasi seçimdir. Çünki İrlandiya, Şotlandiya və İspaniya kimi digər ölkələr fərqli münasibət sərgilədilər. İsrailə birbaşa təzyiq göstərmək üçün diplomatik təsirdən istifadə edən Cənubi Afrika və Boliviya kimi ölkələrin cəsarəti daha da təəccüblüdür".

   4183609

captcha