Bu 5 meyar bunlardan ibarətdir:
1_ Qurani-Kərimdə Allahın cəza verəcəyini vəd etdiyi günahlar
2_ İslamın hədd təyin etdiyi günahlar. Məsələn, spirtli içki içmək, zina etmək, oğurluq etmək və s.
3_ Dinə etinasızlığı göstərən hər hansı günahlar.
4_ Böyüklüyü və haramlığı qəti dəlil ilə sübuta yetirilmiş günah.
5_ Quran və sünnədə günah edəni şiddətlə xəbərdar etdiyi hər bir günah
Böyük günahların sayı ilə bağlı 7-10, 34 və 40 kimi müxtəlif rəqəmlər qeyd olunur. Bunun səbəbi ayə və rəvayətlərdən toplanan böyük günahların hamısının eyni olmamasıdır.
İmam Xomeyninin (r.ə) “Təhrirül-vəsilə” kitabında qeyd olunan böyük günahlardan bəziləri aşağıdakılardır:
1_ Allahın rəhmətindən ümidini kəsmək
2_ Allahın tədbirindən amanda olmağı düşünmək
3_ Allaha, Peyğəmbərə (s) və Məsumlara (ə) yalan sözlər aid etmək.
4_ İnsanı öldürmək
5_ Valideynlərə hörmətsizlik etmək
6_ Yetimlərin malını zülmlə yemək
7_ İffətli qadınlara böhtan atmaq
8_ Cihaddan qaçmaq
9_ Ailə bağlarını qırmaq
10_ Cadu və sehr
11_ Zina
12_ Homoseksuallıq
13_ Oğurluq
14_ Yalandan and içmək
15_ Şahidliyi gizlətmək
16_ Yalan şahidlik etmək
17_ Əhdi sındırmaq
18_ Vəsiyyətə zidd hərəkət etmək
19_ Şərab içmək
20_ Sələmçilik, faizə pul vermək
21_ Haram malı yemək
22_ Qumar
23_ Ölü heyvan əti yemək və qan içmək
24_ Donuz əti yemək
25_ Dini qaydalara görə kəsilməyən heyvanın ətini yemək
26_ Tərəzidə az satmaq
27_ Dinini itirəcəyi bir yerə hicrət etmək
28_ Zalımlara kömək etmək
29_ Zalımlara güvənmək
30_ Səbəbsiz yerə başqalarının haqqını özünə saxlamaq
31_ Yalan danışmaq
32_ Təkəbbürlü olmaq
33_ israf etmək
34_ Xəyanət etmək
35_ Qeybət etmək
36_ sözgəzdirmək
37_ Bihudə işlərlə məşğul olmaq
38_ Həccə əhəmiyyət verməmək
39_ Namazı tərk etmək
40_ Zəkatı verməmək
41_ Kiçik günahlarda israr etmək.
Allaha şərik qoşmaq, Onun göstərişlərini inkar etmək, övliyalara qarşı düşmənçilik etmək ən böyük günahlardandır.
Bundan əlavə, Kəbəni, Qurani-Kərimi, Peyğəmbəri (s) və imamları təhqir etmək və s. böyük günahlardandır.
Həzrət Əli (ə) günahları üç yerə bölür: Bağışlana bilən günahlar, bağışlanmayan günahlar və sahibi üçün həm bağışlanacağına ümid etdiyi, həm də cəzalanacağından qorxduğu günahlar.
Allahın bağışladığı günah, bəndəsini dünyada cəzalandırdığı, axirətdə isə cəzalandırmayacağı günahdır. Allah bəndəsinə iki dəfə əzab verməkdən daha hikmətlidir və daha böyükdür.
Bağışlanmayan günah insanların bir-birinə olan haqqıdır. Başqa sözlə desək, məzlumun razılığı olmadan bəndələrin bir-birinə zülmü bağışlanmaz.
Üçüncüsü, Allahın bəndəsindən gizlətdiyi və tövbəsini qəbul etdiyi günahdır. Bəndə həm günahından qorxur, həm də Rəbbinin bağışlamasına ümid edir.