IQNA

İordaniya: "Biz işğal altındakı İordan çayının qərb sahilinin Qəzzadan ayrılmasını rədd edirik"

9:59 - November 30, 2023
Xəbər sayı: 3495061
ƏMMAN (İQNA) - İordaniya kralı 2-ci Abdullah bəyan edib ki, ölkəsi işğal altındakı İordan çayının qərb sahilini Qəzzadan ayırmaq cəhdinə qarşıdır.

İordaniya Krallığından verilən yazılı açıqlamaya görə, Kral Abdulla BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının həyata keçirilməsi Komitəsinin (CEIRPP) sədri səfir Şeyx Nianqa “29 Noyabr Fələstin Xalqı ilə Həmrəylik Günü” münasibəti ilə məktub göndərib.

O, məktubunda “Minlərlə günahsız insanın ölümünə səbəb olan Qəzzaya qarşı müharibə dayandırılmalıdır” deyib. Kral Abdullah açıqlamalarından istifadə edərək xatırladıb ki, səmavi dinlər və ümumi bəşəri dəyərlər dinc insanların öldürülməsini və terror edilməsini qəti şəkildə rədd edir.

Kral Abdullah İsrailin Qəzzada cinayətlərini davam etdirərək beynəlxalq humanitar hüquqa meydan oxuduğunu və bu vəziyyətin bölgədə və hətta dünyada daha böyük bir şiddət və dağıntı burulğanına səbəb olacağı barədə xəbərdarlıq edib.

İordaniya kralı Qəzza ilə yanaşı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı deyib:

"İsrailin Qəzza zolağına iyrənc hücumu və onun İordan çayının qərb sahilindəki qeyri-qanuni hərəkətləri insani dəyərlərin və yaşamaq hüququnun pozulmasıdır. Qəzza əhalisinin su, qida, dərman və elektrik enerjisindən məhrum edilməsi, qarşısında səssiz qalınmayacaq müharibə cinayətidir".

Bu cinayətlərin davam etməsi regionda humanitar vəziyyəti artaraq pisləşdirəcək. Bəşəriyyətə qarşı edilən bu qəddar hücumun qarşısında durmaq üçün beynəlxalq və humanitar təşkilatlar Qəzzada əməliyyatın bütün sahələrinə yardım çatdırmaq üçün səylərini gücləndirməlidirlər.

İordaniya işğalçıların Qəzzanın bəzi hissələrini yenidən işğal etməsini və ya seqreqasiya zonalarının yaradılmasını və İordan çayının qərb sahilinin Qəzzadan ayrılmasını rədd edir", - Kral Abdulla məktubunu bu sözlərlə yekunlaşdırıb.

captcha