IQNA

Peyğəmbərlərin tərbiyə üsulu: Həzrət Nuh (ə) / 37

Həzrət Nuhun (ə) tərbiyə metodunda dəlil gətirmək

10:49 - November 30, 2023
Xəbər sayı: 3495062
TEHRAN (İQNA) - Keçmişdə cəhalət və savadsızlığın qurbanları olduğu kimi, bu gün də onun qurbanları var. Lakin buna nəzarət olunmazsa, ən yaxşı təlim metodları belə nəticə verməyəcək.

Həzrət Nuhun (ə) tərbiyə metodunda insanlar üçün dərk və idrak prinsipini qəbul etdik. Ona görə də biz dərk etmə vasitəsindən bəhs etməliyik. Məsələn, bu vasitələrdən ikisi haqqında danışırıq:

1_ İnsanlar bir çox hallarda bilik aləti olan beş hiss orqanının sayəsində yaxşını pisdən, çirkini gözəldən ayıra bilirlər. Başqa sözlə desək, insanları tanımaq üçün vasitələrdən biri də hiss orqanlarıdır.

2_ Ağıl, hisslərdən daha az səhv ehtimalı olan, eyni zamanda səhv edən bir vasitədir.

Tərbiyədə ağıl və məntiqdən geniş istifadə olunub, maarifçinin ağıl və məntiq vasitəsilə məlumatı şagirdə ötürməsi ilə maariflənməyə nail olunub. Ağıl problemin səbəblərini araşdırır və problem olmadığı təqdirdə onu təsdiqləyir.

Nuh peyğəmbər (ə) öz qövmünü ağıl vasitəsilə tərbiyə etməyə çalışmış, insanın, göylərin və yerin bir Yaradıcısının olduğunu sübut etmişdir.

Nuh peyğəmbərin (ə) gətirdiyi bəzi dəlillərdən danışaq:

İnsanın yaradılması

Həzrət Nuh (ə) ilk olaraq insanın yaradılışının müxtəlif mərhələlərini qeyd edir. “Sonra nütfəni laxtalanmış qana (ruşeymə; bağlı qalan bir şeyə) çevirdik, sonra laxtalanmış qanı bir tikə (çeynənmiş) ət halına saldıq, sonra o bir tikə əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Möminun, 14).

Göylərin yaradılması

Həzrət Nuhun (ə) başqa bir dəlili yeddi qat göyün yaradılmasıdır. "Məgər Allahın yeddi göyü bir-birinə uyğun olaraq necə yaratdığını görmürsənmi?" (Nuh surəsi, 15(.

Aydındır ki, bütün insanlar bir araya gəlsələr, bu görünən səmanı qura bilməzlər. Belə olduğu halda, insanlardan daha zəif olan bütlər necə bunların yaradıcısı ola bilər?

captcha