IQNA

Əfsanəvi boksçu Məhəmməd Əli Kellinin nəvəsi İslama və Qurana olan marağından danışır

9:09 - December 16, 2023
Xəbər sayı: 3495135
İQNA – Güləşçi və döyüş sənətləri üzrə döyüşçü Məhəmməd Əli Kellinin nəvəsi Biagio Əli Valş İslama olan marağından və döyüşlərdən əvvəl Qurandan kömək istəməsindən danışır.

"İQNA", "Əl-Bəttulə"-yə istinadən xəbər verir ki, Qarışıq döyüş növləri (MMA) sahəsində çalışan əfsanəvi boksçu Məhəmməd Əli Kellinin nəvəsi Biagio Əli Valş İslama və onun ayinlərinə olan marağından, eləcə də görüşlərdən əvvəl Qurani-Kərim tilavətindən danışır.

O, Qətərin BN Sports kanalına verdiyi müsahibədə deyib: “Mən adi idmançıyam, boks əfsanəsi olan babam Məhəmməd Əli haqqında çox eşidib böyümüşəm. Sonda, babamın bu dünyaya necə böyük təsir bağışladığını, sağlığında nələrə nail olduğunu yaxşı anladım.

O, sözünə belə davam etdi: Qardaşımla mən onun adının kölgəsində qalmaq istəmədiyimiz üçün həmişə bu əlaqəni gizlədirdik. Beləliklə, mən böyüyənə qədər bu, həmişə bir sirr olaraq qaldı. Mən heç vaxt babamın soyadı ilə yarışmamışam.

Ancaq bəzi inkişaflardan sonra mən indi ailəmlə, dini irslə maraqlanıram. Nə vaxt çox gərgin olsam, sakitləşmək üçün Quran oxuyuram.

Biagio Əli Valş həmçinin bildirdi: “Mən öz dinimə diqqət yetirməyə başlamaq istəyirəm, çünki mən müsəlmanam və müsəlman ailəsində doğulmuşam. Namaz qılıram və dinimizin tələb etdiyi hər şeyi edirəm, amma İslam haqqında çox şey bilmirəm. Bu il həyatımda ilk dəfə Quran oxumağa başladım. Bu mənə rahatlıq verdi və mənə çox kömək etdi. Habelə bunun sayəsində mən məşqdə və iş qrafikimdə uğur qazana bildim.

4188028

captcha