IQNA

Misirdə 280 illik kiçik Qurani-Kərimin təqdimatı olub

8:35 - December 21, 2023
Xəbər sayı: 3495154
İQNA – Misir vətəndaşı ölçüsü cəmi 3 sm, yaşı isə 280 ildən çox olan Quranı təqdim edib.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Assiut Universitetinin coğrafiya ustadı Seyid Əhməd Qasim cəmi 3 sm uzunluğunda və 280 ildən çox əvvələ aid olan kiçik bir Qurana sahibdir. Onun sözlərinə görə, bu Quranı ona təxminən 50 il əvvəl rəhmətlik nənəsi verib və özü də bu Quranı əcdadlarından miras alıb.

Qasim deyir ki, təhsildəki uğurlarına görə nənəsinin ən məşhur nəvəsi olub və buna görə də sevimli Qurani-Kərimi ona hədiyyə edib. Assiut Universitetinin bu ustadı vurğulayır: “O, bu qiymətli Quranı satmağı heç ağlına belə gətirməyib və onu gələcəkdə övladlarından birinə vermək niyyətindədir ki, onu qoruma prosesi bu ailənin digər nəsilləri arasında da davam etsin.

  Qasimin sözlərinə görə, bu Quranın üz qabığındakı yazıya görə 280 ildən çox yaşı var. Bu kiçik Quran Türkiyədə Osmanlı dövründə çap olunub, kiçik qutunun içinə qoyulub və oxumaq üçün mikroskopdan istifadə edilməlidir.

  Bu Assiut Universitetinin ustadının dediyinə görə, o, hərdən bu tarixi Müshəfdən oxuyur ki, ona heç bir ziyan dəyməməsindən xatircəm olsun. Bəziləri də onu görmək üçün onun evinə gəlir və bəzən oxuyurlar.

4188575

captcha