IQNA

Britaniya İşçi Partiyasının İsrail səfiri ilə əlaqələri kəsmək tələbi

12:55 - December 22, 2023
Xəbər sayı: 3495156
İQNA – Britaniya İşçi Partiyası İsrail səfiri ilə əlaqələrin kəsilməsini tələb edib. Çünki o, Fələstin münaqişəsi üçün iki dövlətli həlli rədd edib.

"İQNA", "Sky News"-a istinadən xəbər verir ki, Britaniya İşçi Partiyasının lideri Ser Keir Starmer İsrailin Britaniyadakı səfiri ilə əlaqələri kəsmək üçün təzyiq altındadır. Bu, sionist rejimin Londondakı səfiri Tzipi Hotovelinin Qəzzada müharibə bitdikdən sonra ölkəsinin iki dövlətli həll yolunu qəbul etməyəcəyini deməsindən sonra baş verib.

İslam Fəaliyyət Şəbəkəsi, İşçi Partiyasında müsəlmanları təmsil edən qrup olaraq, Ser Keir Starmerə məktub yazıb və ondan İsrail səfiri Tzipi Hotovli ilə bundan sonra onunla heç bir əlaqənin olmamasını və onun ekstremist bəyanatlarını nəzərə alaraq, heç bir proqramı paylaşmamasını təmin etməyi istəyib.

Məktubda qeyd edilir ki, Hotoveli və ya onun fikirlərini bölüşən digər şəxslərlə ünsiyyət İslam əleyhinədir və İşçi Partiyasını nüfuzdan salır.

Starmerə göndərilən məktubda İşçi Partiyasının Müsəlman üzvləri Fələstinin müstəqil dövlət hüququndan məhrum edilməsinin nəinki ifrat mövqe olduğunu, həm də beynəlxalq konsensusa tamamilə zidd olduğunu bildiriblər.

Məktubda deyilir: “Bu insanlarla ünsiyyətdə olmaq və ya onların fikirlərini hər hansı şəkildə dəstəkləmək təkcə islamafobiya və mənəvi cəhətdən qınanılası deyil, həm də İşçi Partiyasının bütövlüyü, insan haqları və beynəlxalq hüquqa sadiqliyimiz üçün əhəmiyyətli risk yaradır.

Hotovli ilə müsahibədə, İsraillə sülh müqaviləsi çərçivəsində fələstinlilərin öz dövlətlərinə sahib olmalarının lazım olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Heç bir şəkildə belə olmayacaq”.

Daha əvvəl Benyamin Netanyahu hökumətində xarici işlər nazirinin müavini vəzifəsində çalışan Hotoveli İsrailin məhvinə toxunaraq, Fələstin xalqının heç vaxt İsrailin yanında bir ölkə istəmədiyini, çaydan dənizə qədər bir ölkə istədiyini bildirib.

4189127

captcha