"İQNA", xəbər verir ki, Tehranın Vəhdət Salonunda “Qəzzə poeziya gecəsi” tədbiri keçirilib.
Tədbirdə İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili, İslami Təbliğat Qurumunun Rəhbəri Höccətül-İslam Məhəmməd Qumi və Xalq Kitabxanaları Qurumunun baş direktoru Mehdi Ramazani iştirak ediblər.
Yerli və xarici şairlərin də qatıldığı “Qəzza poeziya gecəsi” tədbirində şeir oxunuşu təqdim olunub.
Tədbirə Fələstin, İraq, Suriya, Livan, Hindistan, Pakistan və Misir kimi ölkələrdən şairlərin qatıldığı bildirilib.
Proqram çərçivəsində İranın Radio və Televiziya Qurumu Simfonik Orkestri konsert verib.