IQNA

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

20:49 - January 03, 2024
Xəbər sayı: 3495239
İQNA - Azərbaycan Xarici İşlər Nazirliyi Kirman əyalətində baş vermiş iki partlayış nəticəsində həlak olanlarla bağlı İrana başsağlığı verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) APA-ya istinadla verdiyi xəbərə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Kirman əyalətində baş vermiş iki partlayış nəticəsində həlak olanlarla bağlı İrana başsağlığı verib.

“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – deyə nazirliyin X sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün İranın cənub-şərqində ki Kirman əyalətində General Qasım Süleymaninin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Partlayışlar nəticəsində azı 103 nəfər şəhid olub, 211 nəfər yaralanıb.

captcha