"İQNA", "Ərəbi21" saytına istinadən xəbər verir ki, Portes x platformasında "İsrailin Fələstin xalqını qətlə yetirdiyi bir vəziyyətdə Qəzza zolağındakı tibb işçilərinin 2024-cü il Nobel Sülh Mükafatını ala bilməsi üçün qüvvələrimizi səfərbər edək." paylaşdı.
Portes öz postunda www.change.org saytında başlanmış petisiyaya keçidi daxil edib.
Kampaniyanın rəsmi internet saytında (www.change.org) Qəzza zolağında humanitar vəziyyət və dağıntılar, tibb işçilərinin vəzifələrini yerinə yetirərkən üzləşdikləri çətin şərtlər təsvir olunur.
Kampaniyanın bəyanatında həmçinin bildirilirdi ki, 2023-cü il dekabrın 4-nə qədər bölgədə ən azı 267 tibb işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub, 40-a yaxını isə qaçırılıb və ya itkin düşüb.
Fransalı deputat vurğulayıb ki, havadan bombardmanlara və dağıntılara baxmayaraq, tibb işçiləri öz vəzifələrini yerinə yetirməkdə davam edirlər.
Sionist rejim ordusunun oktyabrın 7-dən Qəzza zolağında apardığı müharibə çoxlu dağıntılara səbəb olub, infrastruktur və insanların evlərini dağıdıb.
4192655