IQNA

Ərdoğan ilə Seyid Rəisi görüşüb

9:21 - January 25, 2024
Xəbər sayı: 3495363
İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan İran prezidenti Seyid İbrahim Rəisi ilə təkbətək görüşüb.

Türkiyə prezidenti Ərdoğan, İran prezidenti İbrahim Rəisini Prezident Külliyesinin əsas girişində qarşılayıb. Qarşılanma mərasimində 21 top atəşi ilə iki ölkənin dövlət himnləri səsləndirilib. Seyid Rəisi fəxri qarovul dəstəsini “Salam əsgər” deyərək qarşıladı. Nümayəndə heyətlərini bir-birlərinə təqdim edən Ərdoğan və Rəisi pilləkənlərdə Türkiyə və İran bayraqları önündə xatirə şəkli çəkdiriblər. Qarşılanma mərasimindən sonra liderlərin təkbətək və nümayəndə heyətləri arasında görüşü olub. Liderlər danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.

İkitərəfli əlaqələr çərçivəsində ticarətin həcminin 6 milyard dollar civarında artırılması üçün danışıqlar aparılacaq. Terrorla mübarizə bugünkü danışıqların ən aktual mövzularından biridir. Xüsusi ilə də “PKK-nın bölgədəki varlığını qarşılıqlı şəkildə dayandırmaq üçün həm İraq, həm də İran çərçivəsində hansı addımlar atıla bilər” kimi mövzular müzakirə ediləcək.

captcha